Peşmaçılıq.. Yaşanabiləcək ən pis duyğudur.

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 086
Səs ver:
(səs: 1)
http://imgs.su/tmp/1321450739-656.jpg
"Nə əhəmiyyəti var ki

Bütün insanları əhatə edən ortaq duyğudur.
hər kəs bir şeylərdən peşmanlıq duyar və peşmanlıq hər kəs üçün ağrıdır.

Əsl peşmanlıq, qarşı tərəfə nə qədər peşman olduğunu göstərə bilmədiyin zaman reallaşır.
gecikməkdir. çox gec qalmaq... hələ özümüzdən çox şey verdiksə, ən böyük çarəsizlikdir peşman olmaq. nə, zaman geriyə alınar, nə də əldən bir şey gəlir. ciyəri beş pul etməyən insanları, könülümüzün ən gözəl yerinə qoymaqdan doğan peşmanlıq, ən pislərindəndir. edilən səhvin uzun davamlı olması da lazım deyil peşman olmamız üçün. bəzən, 10 dəqiqə, bir ömür boyu başımızı divarlara vurmamıza bəs edər.

Təmin ediləcək bir fayda üçün vurnuxub, faydanın palçığına bulanmaqdır.
halbuki ya faydasız olmaq lazım bu dünyada, ya hər kəsi eyni anda palçığa bulaşdırmaq...


Ən səmimi duyğularını dinləmənin gətirib çıxardığı bir vəziyyət ümumiyyətlə. artıq axtarmamağın lazım olan o adamı gecənin 3ündə axtarsan peşman olarsan. ölümünə sevdiyin amma heç pul qazandırmayacaq olan o hissəsni seçsən peşman olarsan. əylənilən bir mühitdə qarışıq bir şeylərdən bəhs etsən peşman olarsan, ağızından burnundan fitil fitil gətirərlər sənin. divarını tünd qırmızı rəngə rəngləsən peşman olarsan, "bu necə bir rəng belə?" deyə deyə peşman edərlər səni. "fərqli bir şeylər edək?" desən peşman edərlər insanı!

Bir anlıq sinirlə və ya kədərlə etdikləriniz olar ümumiyyətlə peşman olduğunuz şeylər. "kaş ki" deməyə başladığınız zaman hər şey sizə birdən olub bitmiş kimi gəlir. o ana qədər verdiyiniz qərar sizə məntiqli gəlmişdir. o andan sonra isə qərarı vermənizə səbəb olan şeyləri unudar, yalnız o hadisənin olmamış olmasını istəyərsiniz.


"Öz qərarımı özüm verərəm",
"bu həyat mənim istədiyim kimi istiqamət verərəm" kimi axmaq səslərlə ətrafda dolanarkən ana-ata sözü dinləməyən ,məktəb, peşə, iş seçimlərini buna görə edən lakin sonunda zərərli çıxan dikbaşlıq içində hiss etdiyi ..belə bir şeydir bəlkə də..
"ooofff of" dövr, "kaş ki" dir

Problemlərdən çarə tapmadan özünü körpüdən atdığın zaman anlayırsan ki sən demə hər şeyə çarə var imiş. Tək geri dönməkdən başqa. Peşmaçılıq..

Yaşanabiləcək ən pis duyğudur.

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 086
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri