O Səni Sevmir?!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 901
Səs ver:
(səs: 1)

 

http://imgs.su/tmp/1322418808-656.jpg

 

Əgər kimisə sevirsinizsə və onun da sizi sevdiyini düşünürsünüzsə bu gözəl bir hissdir və böyük xoşbəxtlikdir.


Bəs əgər onun sevgisinə hansı səbəbdənsə şübhə edirsinizsə?


İnamsızlıq sizi üzürsə?


Onda bu suallar sizin üçündür:

1. O sizinlə danışmağa can atırmı, yoxsa sizinlə olan müddətin çoxunu susur?

2. Sizin mesajlarınıza o dəqiqə cavab yazırmı, ya siz hər dəfə çox gözləməli olursunuz?

3. Getmək istədiyiniz zaman tez sağollaşırmı və ya hiss edirsiniz ki, getmənizi istəmir?

4. Sözlərində sizi sevindirəcək və könlünüzü oxşayacaq kəlmələr işlədirmi yaxud siz bu sözləri kəlbətinlə çəkirsiniz?

5. Sizin yanınızda başqa qadınlara qarşı mehribanlığını və rəğbətini bir qədər yığışdırırmı, yoxsa sizin qısqana biləcəyiniz umurunda

 

belə deyil?

6. Sabahlar ayıldığınızda bir mesaj alırsınızmı - Canım, sabahın xeyir, günün uğurlu olsun! Yoxsa belə şeylərə həsrətsiniz?

7. Başqa insanların yanında da sizinlə eyni mehriban rəftar edir, yoxsa soyuq və etinasız olur, tanınmayacaq qədər?

8. Sizin million sevgi sözlərinizə milliard sevgi əvəzi verirmi, yoxsa yalnızca gülümsünür?

9. Sizin çatmayan cəhətlərinizi üzünüzə birbaşa deyirmi, yoxsa onları yavaş yavaş dəyişmənizi gözləyir?

10. Xətrinə dəymisinizsə üzr istəyərkən bunu gözləyirmiş kimi barışırmı, yoxsa bu incikliyi əsas tutaraq hər şeyi uzun müddərtə

 

dəyişir?

Məncə bu suallara cavab verərkən onun sizi sevib sevmədiyini özünüz biləcəksiniz!


Artıq sözə nə ehtiyac var ki?!


Sevmədiyini anlarsanız özünüzü incitməyin!

 

Zorla gözəllik olmaz! Qəlbinizi asta-asta soyudun!


Sizi olduğunuz kimi sevib dəyər verəcək, qüsurlarınızı deyil, özəlliklərinizi görə biləcək biri bu qədər geniş dünyada əlbət ki vardır!


Həyat davam edir!

P.S. amma bir şey deyim... Bütün hər şey cəfəngiyyatdı...


Sevirsinizsə bir kəlmə xoş sözündən unudarsınız bütün bu suallara verdiyiniz cavabları...


Qoşarsınız yenə də dünyanın o başına belə olsa çağırsa sizi...


Hər gecə özünüzə - bu dəfə son - deyib yatsanız da, sabah ayılarkən bir dəfə daha görsəydim deyərsiniz...


Odur ki, hər birinizə sorğu sualsız ürəkdən sevmək və sevilmək arzu edirəm!

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 901
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri