Böhran evdar xanımları və anaları da fahişə etdi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 6 562
Səs ver:
(səs: 1)
http://imgs.su/tmp/1322464528-656.jpg

Tarixinin ən ağır maliyyə və iqtisadi böhranında çabalayan Yunanıstanda fahişəliyin miqyası qorxunc sürətlə artır.


"Proto Thema"ya istinadən bildirir ki, böhranın çox qısa müddətdə yoxsullaşdırdığı ailələr çıxış yolu arayırlar. İndiyədək mühafizəkar, ailə dəyərlərinə ifrat dərəcədə sadiq ev xanımı olan yunan qadınlar arasında isə ailəni dolandırmaq üçün fahişəliyə başlayanların sayı dalğavari sürətlə çoxalır.

İş o yerə çatıb ki, Afinada hər gün şər qarışan kimi minlərlə evdar qadın evdən küçələrə çıxaraq "müştəri ovu"na başlayır.

Küçələrdə fahişəlik edən evdar xanımlarla yanaşı, yoxsullaşmış yunan tələbə qızlar da vücudlarını satmağa başlayıblar. Gənc tələbə qızlar bunun üçün internetdə elanlar verirlər.

Yunanıstan Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir ki, gündüzlər normal və mühafizəkar evdar qadın, bir və bir neçə uşaq anası olan xanımlar axşam düşən kimi fahişəlik etmələri ilə yanaşı, bu "iş"də "təcrübəsiz" olduqlarından çoxsaylı dəri-zöhrəvi xəstəliklərinə yoluxurlar.

"Uşaqlarını doyunca yedirdə bilməyən anaların naçar qalaraq fahişəlik etmələrini görmək dəhşətdir. Yer yarılsa, yerə girərik", - Afinadakı polis zabitlərindən biri deyib.

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 6 562
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri