Lidyalılar zamanında icad edilən pul, insan həyatına damğasını vuran ən
əhəmiyyətli simvollardan biridir.Kağız icad edilənə qədər qızıl, gümüş
və s. qiymətli metallardan hazırlanan pullardan geniş istifadə
olunurdu.O dövrün saxtakarları bu pulları kənarlarından qazıyaraq, çox
miqdarda olmasa da, müəyyən qədər qiymətli metal əldə edər və pulu
yenidən istifadə edərdilər. Qədim pulların tam yumru olmamasının səbəbi
də budur.
Pulların zədələndiyinin fərqinə varan tacirlər onu qəbul etmir və bütün
pullar avam əhalinin əlində qalırdı.Bu problemi həll etmək üçün
qəpiklərin kənarları tırtıllı edilməyə başlandı.Bu tırtıllar sayəsində,
pulun kənarının qazındığı dərhal müəyyən olunurdu və kənarı qazınmış
pulu heç kim qəbul etmirdi.
Bu adət, günümüzə qədər gəlib çatmışdır. Artıq tərkibində qiymətli
metal olmamasına baxmayaraq, qəpiklərin kənarlarında ya tırtıl, ya da
bir yazı vardır.