Eynəyin ixtirası

Müəllif: Qlamurr
Şərhlər: 7
Baxılıb: 4 548
Səs ver:
(səs: 5)
Optik cihazlardan ən sadəsi eynəkdir. Bəzən ona çeşmək də deyirik. Bu cihaz uzağı və yaxud yaxını görməkdə göz qüsuru olan insanların yaxın köməkçisidir. Eynək olmasaydı belə insanlar fəal işdən qalardılar. Yaxından asılı olmayaraq çoxsaylı insanlar eynək adlı optik cihazdan istifadə edir. Deməli, eynək ən mühüm texniki ixtiralardan biridir.

Bu optik cihaz quruluşca sadədir. Lakin buna baxmayaraq o xeyli gec, orta əsrlərdə icad olunmuşdur. Bunun səbəbi iə sadədir: yalnız həmin dövrdə təmiz və yeknəsək quruluşlu şəffaf şüşə istehsal edilməyə başlanmışdır.

Bu fikir də çox maraqlıdır ki, insanlar hələ çox qədim zamanlardan linzaların quruluşu və xassələri ilə tanış olmuşlar. Bu zaman linzalar şəffaf daşlar olan büllur və berildən hazırlanırdı. Arxeoloji qazıntılar zamanı belə linzalar Misir, Yunanıstan, İkiçayarası və İtaliya ərazilərindən aşkarlanmışdır. Krit adasındakı Knos sarayının xarabalıqlarından tapılmış büllur linzanın tarixi e.ə. 1600-cü ilə gedib çıxır. Bu linzalardan bəzək və əyləncə məqsədilə istifadə olunurmuş.

İlk eynək 1280-ci ildə İtaliyada ixtira olunmuşdur. Bu ixtiranın müəllifi Salvinio delli Arleti olmuşdur. Əşyaların daha yaxşı görünməsini təmin edən bu eynək sağanaqla birləşdirilmiş iki qabarıq linzadan ibarət idi. İlk eynəklər dəstəksiz idi. Dəstəkli eynəklər isə, yalnız XV əsrdə ixtira olundu. İstər dəstəksiz, istərsə də dəstəkli eynəklər göz qabağında əl ilə tutulurdu. XIX əsrin ikinci yarısında isə qulağa keçirilən eynəklər meydana gəldi. İlk eynəklər uzaqgörməni yaxışlaşdırmaq məqsədilə düzəldilirdi. Çox sonralar başa düşdülər ki, elə həmin eynək çökək, şüaları səpələyən linza salmaqla yaxıngörmə qüsurunu da düzəltmək olar. Bəs nə üçün eynəyin vətəni İtaliya hesab olunur? Tarixdən məlumdur ki, XIII-XV əsrlərdə İtaliyada şüşə istehsalı özünün ən yüksək zirvəsinə çatmışdı. İtaliyan ustaları dünyada şüşəbişirən, ondan müxtəlif məmulat hazırlayan, onu cilalayan ən mahir sənətkarlar hesab olunurdular. Ustalar müxtəlif əyri səthi olan şüşülərlə işləyərkən onların optik xassələrini də aşkar etmişlər.
(səs: 5)
Şərhlər: 7
Baxılıb: 4 548
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri