Centlemen oğlanlarımız qalmayıb?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 776
Səs ver:
(səs: 0)
alt

Centlemen oğlanlarımız qalmayıb?

İndiki oğlanlar qızın nazını qəbul etmir ki=) Hətta elələri var ki, qız naz edərkən belə o qızı

normal olaraq qəbul etmir. Zamanmı onları dəyişdirdi, özləri zamanla ayaqlaşmaq istədi?-bilmirəm. Bildiyim bunlardır:


1. Avtobusda və digər nəqliyyat vasitələrində gənc qıza yer verməzlər.

2. Qızın naz etməsini qəbul etməzlər.

3. Küçədə hansısa qıza sataşılarsa görməməzlikdən gələrlər.

4. Yaşlı insanlara hər hansı yükün daşınmasında əsla kömək etməzlər.

5. Uşaq, xanım və orta nəsil fərq etməz-kobud və bayağı danışıqlarını nümayiş etdirməkdən çəkinməzlər.

Bəs hara getdi daim xanımlara, yaşlılara yardım edən, xanımların nazı ilə oynayan, onların hər anına yetişə bilən centlemenlərimiz?

Hətta kobud səslənsə belə, ən ağıllısı da digərlərinin mühitinə düşmüş olur. Əgər onlar kobud, saymaz və sərt davranırlarsa, o yolun yolçusu olmuş olurlar. Hətta xanımların yanında söyüş söyməkdən belə çəkinmirlər.

İctimaiyyətə nəzər salsaq:

1). Xanım qəflətən yıxılarsa sadəcə gülərlər, əsla kömək etməzlər=)

2). Restoranda, kafelərdə və digər ictimai yerlərdə xanımın masa arxasına oturmasına və qalxmasına əsla yardım etməzlər.

Bir sözlə yuxarıda qeyd etdiklərim tamamilə unudulmaqdadır, hətta bu jesti edənlərə belə artıq pis baxılır.

I Centlemen oğlanlarımız artıq qalmayıb?

II Niyə artıq xanımlara jest edilmir?
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 776
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri