Yeni İl Falları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 7 616
Səs ver:
(səs: 2)

İtlərin hürməsinə görə yeni il falı.

Bu fala baxma növü ilə gənc qızlar gələcək həyat yoldaşlarının xeyirxah bir insan olub olmayacağını öyrənməyə çalışırlar. Bunun üçün bıçağı götürmək və küçəyə çıxmaq lazımdır. Əgər siz özəl sektorda (həyət evində) yaşayırsınızsa bu daha rahat olar. Deməli, əlinizdə bıçaqla həyətə çıxdıqdan sonra qarı həmin bıçaqla kəsərək bu sözləri deməlisiniz: "Ey fələk, susma, gizlicə mənə de, nə cür yoldaş mənə qismət olacaq? Gələcəkdə gülməkmi yoxsa ağlamaqmı zərurət olacaq?" Sonra susaraq itlərin hürməsinə qulaq asmaq lazımdır. Əgər qəddar və qəzəbli bir it hürməsi eşitsəniz, yoldaşınız deyingən olacaq. Yox əgər şən bir hürmə eşitsəniz o zaman xeyirxah. Amma əgər siz it ulaşmasını eşitsəniz, onda bu pis əlamətdir. Boşanmaya və ya dulluğa.


Yeni ildə şamla fala baxmalar

Yeni ildə həmişə şamlar yandırılır. Buna görə də yeni ildə şamla fala baxmaq geniş yayılmışdır. Şamla baxılan fallardan birinə görə şamı yandırmaq və onun mumu əriməyə başladıqda dərhal soyuq suya tökmək lazımdır. Suda donaraq alınan fiqur vasitəsilə fala baxmaq olar. Daha doğrusu alınan forma falın nəticəsidir. Məsələn, fiqur ev formasını xatırlada bilər. Bu bildirir ki, yaxın vaxtda ya ailə quracaq, ya da ev alacaqsınız. Bundan başqa budaqları yuxarı olan ağac forması sevincə, aşağı olan ağac forması isə qəmə, kədərə işarədir. Üzük isə çox yaxında olacaq toyu göstərir. Əgər mum suda batsa, onda sizin qismətinizlə olan münasibətləriniz qısa vaxtda qaydaya düşməyəcək. Bundan başqa müxtəlif formasız fiqurlar da pis nişan sayılırlar.
Şamla fala baxmanın daha bir variantı

Bunun üçün südlə dolu nəlbəkini evin kəndarına qoymaq lazımdır. Sonra şamı yandıraraq bu sözləri demək lazımdır: Ev, mənim sahibim, kəndarın altında süd içməyə, mum yeməyə gəl". "Mum" sözünü deyən zaman südə mumu tökmək lazımdır. Mum müəyyən formanı alacaq. O formaya əsasən gələcəkdən xəbər almaq olar. Gül - toydur, xaç - xoşagəlməz hadisələrdir, heyvan - düşməndir, insan - yeni dostdur, ulduzlar - biznesdə müvəffəqiyyətdir, zolaqlar - yoldur və s.


Kölgə ilə yeni il falları

Qəzeti götürün və onu əzin. Podnosa qoyun və yandırın. Külün yanmış topasına şamı gətirin və kölgəsinə baxın. Kölgədə alınan fiqurlar sayəsində gələcəyi yozmaq olar. Fiqurların xarakterizə edilməsi bundan əvvəl yazmış olduğum şam fallarındakı yozmalarla eynidir.


Saçla yeni il falları

Bir çox ölkələrdə şamla bərabər saçla da fala baxılır. Məsələn. falların birinə görə gecə yarısı suyla dolu kasaya duzla şəkər tozu əlavə edib qarışdırmaq lazımdır. Duz çökən vaxt sevdiyiniz insanla özünüzün - hərənizin başından bir ədəd tükü suya atın. Səhərə qədər gözləyin və səhər suyun üzərindəki tüklərə baxın. Əgər tüklər bir-birinə dolaşsa - toya hazırlaşın. Yox əgər onlar bir-birindən uzaq olsa münasibətlər qurtara bilər. Əgər saç suda batsa bu da xoşagəlməz hadisələrin gələcəyinə işarədir.


P.S: Bəs siz fala inanırsız?

P.S.S: Yeni ildə hansı fallara baxırsınız?

(səs: 2)
Şərhlər: 0
Baxılıb: 7 616
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri