Şayə və dedi-qodu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 345
Səs ver:
(səs: 0)
Hər zaman bəşəriyyətin əzab çəkdiyi yolxucu xəstəliklər olmuşdur. Bunlardan ən betəri mənəvi xəsətliklərdir. Özü də yolxucu. O, fərddən başlayaraq onun özünü də ətrafını da, bütövlükdə cəmiyyəti də içdən yeyib dağıdar, parçalayar. Önyarğı, qeybət, şayə, dedi-qodu və s. kimi yolxucu mənəvi xəstəliklər. Şayə və dedi-qodu mənbəyini də, daşıyıcını da, dəydiyini də çirkləndirər, yoluxdurar. Mənbəyi qalar bir qıraqda, ortada olan daşıyıcılar olar. Ən pisi də budur. Baxın, Malariya xəstəliyi deyilən kimi adamın ağlına ilk olaraq ağcaqanad gəlir. Şayə və dedi-qodularda da belədir. Mənbəyindən daha çox daşıyıcıları təhlükəli olur. Ən yaxşısı:

1. Heç qulaq verməyin belə şeylərə. Əlavə yüklə yüklənməyin. Bunlara qulaq verdikcə bunların niyə sizə deyildiyini, başqası haqqındakı danışığa ortaq olmağın iyrəncliyini düşünün.

2. Yox əgər bu və ya digər səbəbdən qulaq verdinizsə, o zaman yerindəcə söndürün, alovlandırmayın. Yerində söndürmək nədir? Deyilənlərin vacibinə yetmək, araşdırmaq, həmin adamın cavabın vermək, yeri gələrsə üzləşdirmək lazımdır.

3. Onu da etmədinizsə, o zaman qeybəti edilən adamla rastlaşanda "filankəs sənin haqqında belə deyir, amma demərəm kimdir” deyib hədəfi şübhəyə salmayın. O ətrafına, yaxınlarına şübhə ilə yanaşmağa başlayacaq. Ayrıca, bunu etməklə dərdiniz nədir? Faydanız onsuzda olmayacaq. Demək ki, dərdiniz məsələnin həlli deyil, sadəcə ya tənə etmək, ya nəyisə sübut etmək, ya da yeni nəsə öyrənməkdir.

dedi-qodu,şayə.2jpgBu, real həyat mücadiləsidir. Hər an dedi-qodu edə bilər, şayələrə daşıyıcı olar və bilmədən ətrafımızı bulandıra bilərik. Bu səmimiyyətsizlik və namərdlik yaradır, hədəfi kim olur olsun. O üzdən bacardıqca bu durumlardan uzaq qalın. Əgər hədəfə çevrilmisizsə, onda ilk öncə onun daşıyıcısını izolə edin, uzaqlaşdırın. Mənbə də onunla birgə öləcək. İnanın, ən faydalısı budur. Hətta şayələr həqiqət olsa belə onu yayanın, saxlayanın təhlükəliliyini aşikar etmiş olursunuz. Onsuzda etdiyiniz səhvi düzəldəcəksiniz. Amma bunun qədər də vacib olan bir iş daha var. Şayə, dedi-qodu eşidib araşdırmayan, onun mənbəyini də gizlədərək bəlli olmayan məqsədlə sizə çatdıran daşıyıcıları da izolyasiya edin, təcrid edin, uzaqlaşdırın.

Müəllif: Vüsaləddin Rüstəmov
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 345
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri