Başqa bir həyat verilsəydi əgər mütləq bunları edərdim, hərdəqiqəmi, hər
saniyəmi qiymətləndirərdim. Boşuna keçmiş bir anım belə olmazdı...
"Həyatımı yenidən yaşaya bilsəydim əgər;
Xəstələnəndə yatağa girər ,istirahət edərdim.
Mənsiz heç nə edə biməzlər ,hər iş tökülüb qalacaq deyə deyə düşünməzdim..
... Daha az danışar, amma daha çox dinləyərdim..
Yerlər çirklənsə, süfrəm ləkələnilsə belə daha çox yaxınlarımı ,dostlarımı axşam yeməyinə dəvət edərdim..
Ətəyimin ləkələnilməsinə fikir vermədən çəmənlikdə oturardım..
Televizora baxarkən daha az, həyata baxarkən daha çox ağlar və gülərdim...
Ömür boyu zəmanətlidir deyilən heç bir şeyi satın almazdım..
Hamiləliyimin bir an əvvəl sona çatıb, doğum etməyi diləmək yerinə,
hamilə olduğum hər anın dadını çıxarar və içimdə bir canlı saxlamanın nə
qədər möcüzə olduğunu fərq edərdim... Bu o qədər nadir bir hadisə ki..
Möcüzə kimi bir şeydir...
Uşaqlarım məni öpmək istədiklərində, əsla "Əvvəl get əllərini üzünü yu"
deməzdim... Onlara daha çox "səni sevirəm", ondan da daha çox "üzr
istəyərəm" deyərdim..
Amma başqa bir həyat verilsəydi ən çox edəcəyim şey; hər dəqiqəsini qiymətləndirmək olardı..
Diqqətlə bax.. Həqiqətən gör.. Yaşa.. İmtina etmə..
Kiçik şeylər üçün şikayət etmə.
Mənə bənzəməyənlər, məndən daha çox şeyə sahib olanlar və kimin nə etdiyi məni maraqlandırmazdı..
Bunun yerinə, əlaqələrimi gücləndirməyə çalışardım..
Sahib olduğunuz ruhi, fiziki və romantik hər şey üçün
şükr edin..
Tək bir həyatınız var və bir gün sona çatacaq...
Ümid edirəm hər gününüzü qiymətləndirərsiniz...