"Mən nə zaman xoşbəxt olacağam?” əvəzinə "Daha xoşbəxt bir həyat
yaşamaq üçün mən nə isə edirəmmi?”-deyə özününzə heç sual verdinizmi?
Demək ki, soruşmanın vaxtı gəlmişdir… Sizin ətrafınızda hər möçüzənin
gəlib sizi tapacağına və bir sehirli çubuqla bir anda həyatınızda çox
şeyi dəyişəcəyinizimi düşünürsünüz? Elə bir şey yoxdur… Necə bir həyat
yaşayırsınızsa tamamilə sizin seçiminiz daxilində gerçəkləşir.
Niyə ayaqlarım evə getmək istəmir?
Niyə bu qədər işləmək məcburiyyətindəyəm?
Niyə kimsə mənim üçün bir şey etmir?
Niyə sevmədiyim biriylə evli olaraq yaşamağa məcburam?
Niyə kimsəyə problemlərimdən danışa bilmirəm?
Niyə kimsə məni anlamır?
Niyə kimsəylə münasibət qura bilmirəm?
Niyə yük həmişə mənim çiyinlərimdə?
Niyə sevmədiyim işi etməyə məcburam?
Niyə yalnızam?
Niyə həmişə haqsızlığa uğrayıram?
Niyə heç kimə güvənmirəm?
Niyə hər şeyi mən düşünməliyəm?
Niyə qarşıma həmişə yanlış insanlar çixır?
Niyə diğər insanlar kimi xoşbəxt yaşaya bilmirəm?
xoşbəxt həyatCavab verirəm, TƏK SƏBƏBİ SƏNSƏN!
Çünki bütün başına gələnlərə və yaşadıqlarına baxmayaraq,
bunların sənin başına gəlmə səbəbini hələ də özündə yox, başqalarında
axtarırsan. Başına gələnlərin tək səbəbkarı var. O da bu həyatla bağlı
bütün seçimləri edən SƏN.
Sən izin vermədikcə kim sənə haqsızlıq edə bilər? Kim sənə sənin ona
verdiyin dəyərdən daha az dəyər verə bilər? Kim narahat, yuxusuz
gecələrinə səbəb ola bilər?
Sən izin vermədiyin müddətcə kim bütün məsuliyyəti sənin üzərinə ata
bilər? Kim sevmədiyin bir işi sənə zorla gördürə bilər? Kim ətrafında bu
qədər insan olmasına baxmayaraq sənin sevginin qarşısını ala bilər?
Kim sən kontrol etmədiyin müddətcə səni yalnız, dəyərsiz, uğruna bir şey edilməyəcək biri olduğunu hiss etdirə bilər?
Kim yardım istəyəcəyin nöqtədə sənə əngəl ola bilər? Kim güvənilməz
insanları sənin ətrafına toplayar və insanoğlunun başına gələcək ən
xoşagəlməz hadisələri sənin qarşına çıxara bilər?
Kimsə…
Artıq bəzi şeyləri dəyişmək vaxtı çatdı..
Başlanğıcı bəlkə də baxış bucağınızı dəyişməklə başlaya bilərsiniz.
Həyatına bir toxunuşla sehirli cubuq misalı təsir edəcək heç bir şey
yoxdur həyatda… Dünyaya gəlişini düşün və özünə güvən… Çünki hər insan
öz möcüzəsiylə dünyaya gəlir. Və insanın öz möcüzəsini gerçəkləşdirmək
üçün özündən başqa kimsəyə ehtiyacı yoxdur.
Burax 5 il öncə yaşadıqlarını, 30 il öncə olanları, dünən olanları, sabah olacaqları…
Onlara mərkəzləşdikcə eyni şeyləri yaşamağa davam edəcəksən. O illərə
baxdığında, bütün yaşadıqlarını sənə yaşadan sənsən. Əgər sən özünü
dəyişdirə bilsən, təkrardan gerçəkləşməsindən qorxduğun şeylər qarşına
çıxmayacaq.
Müəllif : Esin Nur Akyıldız