Azərbaycanın öz “Google”u olacaq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 1 772
Səs ver:
(səs: 2)
Axtarış sisteminin proqram tərkib hissəsi araşdırılır.

Azərbaycanın "Dilmanc” proqram təminatçısı milli axtarış sisteminin yaradılması layihəsi üzrə araşdırma işlərinə başlayıb.

Layihəsinin rəhbəri Əbülfət Fəttayev deyib.

Onun sözlərinə görə, layihənin elmi rəhbəri rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovdur:

"Hazırda axtarış sisteminin proqram tərkib hissəsi araşdırılır. Veb səhifələri skan etməyə imkan yaradan krauler artıq yaradılıb və perspektivdə axtarış aparanın ehtiyaclarına uyğun adaptasiya ediləcək”.

Ə.Fəttayev qeyd edib ki, milli axtarış sisteminin yaradılmasında məqsəd ilk növbədə ölkənin informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsidir:

"Reklamlardan əldə edilən gəlirlərin Azərbaycanda qalması da vacib məqamdır.

Bu istiqamətdə işlərə artıq start verilib, biz hələ yolun başlanğıcındayıq. Layihə çərçivəsində fəaliyyətə mütəxəssisləri və tədqiqatçıları cəlb etməyi planlaşdırırıq. Soft yaradılacaq, testlər aparılacaq, serverlər alınacaq. Axtarışı Azərbaycan, ingilis, türk, rus və digər dillərdə təfsilatı ilə göstərmək lazımdır. Buna isə kifayət qədər vaxt lazımdır”.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 1 772
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri