Üzr istəməyi bacar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 5 447
Səs ver:
(səs: 0)

alt

 

 

Bilmədən sənə çox yaxın bir adamın könlünü sındırmısan. Deməli, üzr istəmək lazımdır. Bəs necə etməli? Nə şiş yansın, nə kabab. . .
əsəbi olan zaman heç kim nə dediklərinə, nə də hərəkətlərinə cavabdeh olmur. Sonradan peşmançılıq çəksəndə artıq olana çarə yoxdur. . .Bəs sınmış könlü necə almaq lazımdır ki, münasibətlərə sərinlik gəlməsin?
 

1.Optimist variant



Bəzi insanlar üzr istəməyi bacarmırlar. İstənilən mübahisədən sonra münasibətlərə heç nə olmamış kimi davam etmək istəyirlər.
Rəfiqənlə institutun dəhlizində görüşüb, tələsdiyini büruzə verərək, onu yeməkxanaya çağır: “Səhərdən heç nə yeməmişəm, bəlkə düşüb yüngülvari nahar edək?” Təbii ki, rəfiqəniz xırdaçıl deyilsə, bu cür münasibətə müsbət cavab verəcək.
Hər şey qaydasına düşəndən sonra heç nəyə aydınlıq gətirməyə çalışmayın, münasibətlər daha da gərginləşə bilər. Əgər küsülülüyə səbəb boş bəhanə idisə, unudulacağına əmin ola bilərsiniz. “Mən pis olmuşdum ki, sənin xətrinə dəymişəm, istəmədən oldu” sözlərinidə pıçıldamağı unutmayın.
 

2.İrəliləmə

 


Bir çox barışığı sms və ya e-mail-a göndərilən məktubla aradan götürürlər.
Bunun bir xüsusiyyəti çox yaxşıdır. Sən deyəcəyin mətni rahat redaktə edirsən, kimsənin gözünün içinə baxmırsan.
Əgər gec cavab gəlirsə, deməli, hələ də könlünü ala bilməmisən.
 

3.Universal
 

Özündə cəsarət topla və özün hər şeyi aydınlaşdır.
Çox səs – küylü ifadələrdən qaç. Hər şeyi sakit və soyuqqanlı şəkildə yoluna qoymağa başla.
Əgər davranışınız və vəziyyətinizlə hər şeyi daha da gərginləşdirmisinizsə, hər şeyi yoluna qoymağa çalışın.
Həmsöhbətinizə səmimi olduğunuzu sübut edin.

 

 

alt

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 5 447
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri