Möcüzəli bir gün keçirməyin 10 üsulu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 472
Səs ver:
(səs: 0)

alt

 

Özünüzü tarazlaşdıranda, başqalarıyla bir tutanda və qiymətini biləndə həyatınızda möcüzəli anlar çoxalacaq.

Sizlərə möcüzəli bir gün yaşamağın 10 üsulunu təqdim edirəm.



1) Bu gün bədəniniz üçün dəyərli bir şeylər edin. Məsələn: idman edin, masaj etdirin, yüngül duş qəbul edin. 

2) Ruhunuz üçün bir şeylər edin: gözəl bir musiqi dinləyin ,meditasiya ilə məşğul olun .

3 )Gözəl şeylər fikirləşin: "Bu gün özümü canlı, sağlıqlı və ağıllı hiss edirəm" deyin.

4) Ehtiyacı olan birinə kömək edin.

5) Bu gün bir şey öyrənin : gözəl bir yemək bişirin, çoxdan yarımçıq qoyduğunuz bir işi başa çatdırın.

6)Xəyalınızda bir arzu tutun və ona çatmış kimi həyəcan keçirin.

7) Çoxdan sevdiyinizi söyləmədiyiniz şəxsə ”Səni sevirəm“ deyin, onun üzündəki xoşbəxtliyi, təəccübü görün.

8)İyrimi dəqiqə də olsa bir kitab oxuyun.

9)Bütün bunları etdikdə özünüzə mükafat verin, özünüzü təbrik eləyin: bərbərə gedin, şam işığında gözəl bir süfrə qurun, bir dəstə gül alın və heç nə haqda fikirləşməyin.

10) Bütün bunları edəcək gücünüz olduğu üçün və bu ləzzəti hiss etdiyiniz üçün şükr eləyin.

Möcüzəli günlər yaşamaq öz əlinizdədir. Əgər gözəl bir gün yaşadınızsa ,arzusunda olduğunuz hissləri həyata keçirdinizsə, deməli hər günü elə yaşaya bilərsiniz.

Öz möcüzənizi özünüz yaradın.

Sevgiylə və sağlıqla irəliləyin.

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 472
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri