Bu şəhərə bir bax

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 039
Səs ver:
(səs: 3)
Gözünü mavi və saf səmadan ayırıb, bir az bu şəhərə bax.
Küləklərin şəhərinə bax.

Bax ki, anlayasan həyatı. Bax ki, görəsən adələti.

Bəzən baxanda görmürsən, ama sən yenə də bax.
Əl-ələ tutuşub ətrafa sevgi saçan sevgililərə bax.

Məqsədsiz olarağ yerə tullanan o saqqızları qaşıya qaşıya çıxardan əmilərə, xalalara bax. Bir də onlardan uzağ duran 'elit' Bakı sakinlərinə..
Bax, bax bu gün dənizə.

Qaradı, bozdu. Mavini əlinə alıb qara. Yağış yağırdı.. Dəniz də hirsləndi, qaşqabağlı piyadalar da.. Çıxartdılar hərəsi bir rəngdə olan çətirləri, incitdilər yağış damlalarını...

Bu şəhərə bir bax..

Palçığlı yollar üzərində güllər, çicəklər bitib indi. Hər kəs ona heyrandı, hər kəs ona tapınır. Bu şəhər bir ilahi, bir tanrı.. Bəs, bəs o 4 fəsili bu tozlu şəhərlə birlikdə keçirən insanlar?

Piyadalar, işçilər, işsizlər, tələbələr..
Bax bu şəhərə.. Tapa bildin mi ədaləti? Tapa bildin mi gerçəkləri? Tapa bildin mi, kiçik bir məhlədə toplaşan üzəri kirli, ürəkləri təmiz insanları?
Tapa bildin mi onu bir neçə üzdə, bir neçə bədəndə?

Bu qədər sadədir mi bir şəhərə aşiq olmağ, onu sevmək? Bu qədər sadədir mi bir şəhəri mükəmməl görmək?

Küləklər şəhərini, küləklər məkanını sevmək asandır mı? Sadədirsə, niyə ən zəif küləkdə insanlar evlərinə qaçır, ən kiçik bir yağmur damlasında çətirlərini açırlar?
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 2 039
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri