Biz
insanlar bəzən belə düşünürük ki, əgər keçmişdə filan işi görsəydik,
indiki halımız daha yaxşı olardı. Ancaq çox yaxşı bilirik ki, bu həsrət
çəkməklərin heç bir faydası yoxdur, çünki keçmişdə qalmışdır. Mühüm olan
budur ki, hal-hazırkı həyatda necə yaşayaq ki, peşmançılıq çəkməyək.
(Tebyan)
İmam Cavad (ə) bizlərə peşman olmamaq üçün üç açar verir ki, onlarla tanış olaq.
1. Əcələ etməkdən (tələsməkdən) çəkinmək.
2. Məsləhətləşmək.
3. Qərar verərkən Allaha təvəkkül etmək.
1. Əcələ etməmək və səbilri
olmaq - ilk açardır. İnsan əgər əcələ edərsə, xüsusilə hökm verərkən -
bu, insanı xəcalətli və başıaşağı edər. Fərdi və ictimai həyatda
çətinliklər yaradar. Bu məsələyə Qurani-Məcid də işarə etmişdir. Həzrət
Yunusun (ə) və Davudun (ə) əhvalatlarında ona toxunmuşdur. Bu
peyğəmbərlər (ə) tələsdiklərinə görə səhvə yol vermişdilər. İnsan
bilmədiyi və tanımadığı işlərdə əcələ etməməlidir. Ancaq əcələnin yaxşı
forması da vardır ki, bu da xeyir işə aiddir. Belə ki, hədislərimizdə
oxuyuruq: "Xeyir işdə əcələ edin". Yəni, həmin işin xeyir olduğu sizin
üçün sübut olarsa o zaman əcələ edin.
2. Məsləhətləşmək. O kəslər ki,
işlərində başqalarının nəzərinə qiymət verirlər - ona bənzəyir ki,
başqalarının ağıllarından istifadə etmiş olurlar. Məsləhətləşmək odur
ki, başqalarının dəyərlisini sən ucuz qiymətə alasan. Bu dəyər illər
boyu təcrübə vasitəsilə əldə olunmuşdur və biz ondan istifadə edib
bəhrələnə bilərik. Quran Allahın Peyğəmbərinə (s) buyurur: "Belə isə,
onları əfv et, onlar üçün bağışlanmaq dilə və işlərdə onlarla
məsləhətləş və qəti qərara gəldikdən sonra Allaha təvəkkül et ki,
şübhəsiz, Allah təvəkkül edənləri sevir". ("Ali-İmran" 159).
İmam Əli (ə) başqaları ilə məsləhətləşməyi sevən insanlar haqqında
buyurur: "Hər kim müxtəlif nəzərləri qəbul edərsə - xata və səhvi tapar
və hər kim düşünmədən bir işə qalxarsa - özünü çətinliklər və hadisələr
qarşısında qərar verər".
Həzrət Əli (ə) başqa yerdə buyurur: "Hər kim məsləhət etməzsə,
peşman olar". Peyğəmbərimiz (s) buyurur: "Məsləhətləşmək peşmançılığın
qarşısını almağa və məzəmmətdən amanda olmağa səbəb olar".
3. Allaha təvəkkül etmək.
Təvəkkül etmək - tənbəllik etmək demək deyildir. Mühüm olanı budur ki,
ürəyimizi başqalarından qıraq və ancaq Allaha təvəkkül edək və Ona ümid
edək. Təvəkkül etmək o demək deyildir ki, işin dalınca getməyəsən, xeyr.
Əslində təvəkkül odur ki, insan öz vəzifəsini yerinə yetirsin və işin
nəticəsini Allaha tapşırsın. İmam Əli (ə) buyurur: "Çalışmaq səninlədir,
ancaq nəticə səninlə deyildir".
İmam Sadiq (ə) buyurur: "O zaman ki, İbrahimi (ə) mancanağın
yuxarısına qoydular və onu atəşə atmaq istədilər, Cəbrayil (ə) onu
görməyə gəlir və salam verəndən sonra deyir: "Sənə kömək etməyimə
ehtiyacın vardırmı?". İbrahim (ə) deyir: "Sənə yox". İşini Allaha
tapşırdığı və Ona etimad etdiyi üçün atəş onun üçün gülüstan olur.