Son günlər facebookda maraqlı və olduqca dərin mənalı bir status paylaşılır...əksər səhifələrdə görmüşəm bu statusu..."Əgər bir qıza inanmırsansa, onunla evlənməyə dəyməz, yox, əgər evlənirsənsə, onda yoxlamağa dəyməz"
Bu statusu paylaşanlar bilmirəm nə dərəcədə fərqindədir bu misranın...əminəm ki, paylaşan səhifə adminlərinin əksəriyyəti heç özləri əməl etmir bu məsləhətə...cünki, bizdə adətən oğlan qıza elçilərini göndərmək fikrinə düşəndə, qızla uzun müddət tanış olmasına baxmayaraq yenə də dost-tanışdan qız barədə soruşur...Bu "dedektivlik oyunu" mənim üçün həmişə gülməli görünür...axı insan necə ola bilər ki, həyatını birgə keçirməyi nəzərdə tutduğu birinə yox, bəlkə də ildə 2-3 dəfə gördüyü tanışına inanır?? Bəlkə də aylar, illərdi tanıdığın qızın tərbiyəsini görməkdə bu qədərmi acizdi qarşı cinsin bəzi nümayəndələri?? Bir insan kı, gələcəyini birgə xəyal etdiyi, övladlarının anası kimi gördüyü xanımı tanımağa qadir deyil, onun ailə qurması nə dərəcədə düzgündür?
Amma, məsələnin gülməli tərəfi ondadır ki, maraqlanan oğlandan soruşsaq əminəm deyəcək ki, mən onu dünyalar qədər sevirəm..=)) Belə sevgimi olur? Güvən olmayan bir münasibətdə axı hansı sevgidən danışmaq olar??