Fridrix Nitsşe: Böyük məhəbbət bədbəxtlik gətirir

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 2 159
Səs ver:
(səs: 2)
"Mənim yazılarımla nəfəs alan hər kəs yaxşı bilir ki, bu ən sağlam, ən ali havadır. Onun üçün yaradılmaq lazımdır, əks təqdirdə, soyuqlaya bilərsən. Buz yaxındadır, dəhşətli tənhalıq, fəqət bütün əşyalar gün işığında necə də sakit uyuyur! Nəfəs almaq asandır, asan!”
 
Böyük alman filosofu Fridrix Nitsşe ədəbiyyatı və fəlsəfəni sevən insanların əksəriyyəti üçün əhəmiyyətli obraz olub. Maraqlıdır ki, Nitsşe öz ölümündən sonra uzun müddət bir çox ölkələrdə rəsmi və ya gizli şəkildə qadağan olunub. Onun adı hələ də faşizm ideologiyası, satanizm və digər radikal təlimlərlə assosiasiya olunur. Lakin bu dahi şəxsiyyətin fikirlərinin dünya sivilizasiyasının inkişafına təsir göstərdiyini heç kim inkar edə bilməz. Nitsşe özündən sonrakı filosof, yazar, siyasətçi, musiqiçi və digər peşələrin insanları üçün böyük irs qoyub.
 
Digər tərəfdən, bir çox qabaqcıl ziyalılar onun yaradıcılığının məhvedilməz romantizmin bir qolu olduğunu hesab edir.
 
Fridrix Nitsşe fəlsəfəsi gözəl şəraba bənzəyir. Onları zaman keçdikcə daha dərindən dərk edirsən... 
 
Həyat prinsipləri haqqında:
1. Ölüm o qədər yaxındır ki, hətta həyatdan qorxmağa belə fürsət tapmırsan.
2. Əgər siz fəaliyyətə keçmək qərarına gəlmisinizsə, onda şübhələrə açılan bütün qapıları bağlayın.
3. Özün haqqında çox danışmaq, özünü gizlətməyin bir üsuludur.
4. Divlərlə döyüşən adam onlar kimi yırtıcıya çevrilməmək üçün ehtiyatlı olmalıdır. Və əgər siz uzun müddət uçuruma baxırsınızsa, onda uçurum da sizə tərəf gəlir. 
5. Allah öldü: İndi biz fövqəlbəşər kimi yaşamaq istəyirik.
6. Ən böyük hadisələr bizim səs-küylü anlarımız deyil, ən susqun vaxtlarımızdır.
 
Məhəbbət haqqında
7. Fərd nə qədər azad və güclüdürsə, onun məhəbbəti bir o qədər tələbkar olur.
8. Sevgi uğrunda atılan hər addım xeyir və şər xaricindədir.
9. Sizi ağrıdan xilas etməyin iki yolu var: ölüm və ya əbədi sevgi.
10. Cavabsız qalmış sevgi yox, qarşılıqlı və böyük məhəbbət bədbəxtlik gətirir.
11. Səni sevirəmsə, bundan sənə nə?
 
Qadınlar haqqında
12. Qadın Tanrının ikinci böyük səhvidir.
13. Əsl kişi iki şey istəyir: təhlükə və oyun. Bu səbəbdən, ən təhlükəli oyuncağı kimi qadını axtarır.
14. Kişi xoşbəxtliyi "Mən istəyirəm!”, qadın xoşbəxtliyi isə "O istəyir!” səslənir.
 
İnanclar haqqında
15. Hətta Allahın da öz cəhənnəmi var. Bu, onun insanlara olan sevgisidir.
16. İnanc həqiqəti bilmək istəməməkdir.
17. Mövcudluğuna bəraət qazandırmaq istəyən şəxs, şeytan qarşısında Tanrının vəkili ola bilməyi də öyrənməlidir.
18. Xristianlıq anlaşılmazlıq üzərində yaradılıb. Əslində, bir xristian adam olub, o da xaçın üstündə ölüb.
 
Əxlaq haqqında
19. Qatı yalançılığın bir dərəcəsi var. Onu "təmiz vicdan" adlandırırlar.
20.  Yıxılanı, üstəlik, itələmək lazımdır.
21. Adam və ağacla eyni hadisə baş verir. Onların hər ikisi nə qədər yuxarı, işığa doğru can atırsa, onun kökü yerə, daha dərinə gedir və zülmətə savaş açır.
22. Öz əxlaqsızlığından utanmaq  pilləkənin ilk pilləsidir, o pilləkənin zirvəsində isə öz əxlaqından xəcalət çəkəcəksən. 
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 159
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri