Bir
ölkə düşündüm renensansa uğramamış cinayətlərin qanuni olduğu xaos
tutqunu bir ölkə gecələri xain,səhərləri aciz olan bir ölkə...
Anaların çığıraraq ağladığı bir ölkə gülüş, səsinin heç eşidilmədiyi
bir ölkə, kim nə deyir desin amma heç bir acı övladının cəsədi üzərində
ağlayan ananın göz yaşları qədər kədərli ola bilməz.. Yırtılmış
cəsədlərlə dolu bir ölkə, Üçüncü dünya ölkəsi, Diktatoru var, əsir
düşmüş xalqı salamlayır...
Bir xəyanət düşündüm.. Qırıq mərmərdən ürəyi, edam vərəqəsinə bükülmüş
vicdanı, Naləsi qulaqlarımı kar edən, sevgisi gözlərimi kor edən
xəyanət, ürəyimi kövrəldən bir sevgi, tarix oxuyan şagirdin əsrlər öncə
yaşamış bir şaha vurulması qədər qəribə və saf bir sevgi və ya
xəyanət...
Bir qadın düşündüm.. hüzünə qərq olmuş ala gözləri, küləyin üzünə
tökdüyü tünd xına rəngli saçları, incə beli, zərif əlləri, heç kimin
duya bilmədiyi qədər tənha,hər kəsin anlamayacağı qədər qürurlu,
kişilərin həsrətlə izlədiyi, bəzəksiz, baxımsız amma çox gözəl bir
qadın.. İçində fırtınalar qopan susqun, sözlərlə deyil gözləri ilə
danışan, illərin yorğunluğu üzərinə çökməsinə rəğmən dimdik duran bir
qadın.. Baxışları Sophia Loren gülüşü Adelina...
Bir ölüm düşündüm, əsrlər öncə yaşanmış bir ölüm. Hamının susqunluğla
izlədiyi bir ölüm. Qəbirlərində başdaşı olmayan bir qəbirstanlıq - Mənim
ürəyim ah ölüm, bir gün sən də öləcəksən qəlbimdə bilirəm amma sənə
başdaşı hazırladacam, üzərinə yaşadığın illəri yox, yaşamadığın illəri
yazdıracam. Məndən neçə yüzilliklər uzaqda olduğunu xatirlamaq üçün. Ey
Şahi sultan! Sənə son dəfə bunu söyləmək istərdim. Səni heç bir vaxt,
heç bir zaman görməyəcək qədər şanssız. Sənə olan rəğbətimi hər gün
içimdə böyüdəcək qədər vəfalıyam!
Bir kişi düşündüm.. Baxışları həsrət dolu, gözləri gözlərimin vətəni,
sözləri böyük sevgi romanımın ilk misraları, hər sözü mənim üçün qanun
olan bir kişi. Qarşısında həyəcandan dilimin tutulacağı, ömrümün axırına
qədər sevə biləcəyim, hər gün evə qayıdışında sevinc hissiylə
qarşılayacağım bir kişi..
Ey böyük hökümdar, böyük şair, müharibələrində minlərlə insan şəhid
olmuş, şeirlərini milyonlarla insan həvəslə oxumuş. Sənin dövründə sənin
yanında qul olmağa belə razi ikən sənə olan gücsüz sevgimi heç kimlə
bölüşməyəcək qədər insafsızam bilirəm, donmuş hüceyrələrimdə rahat
yatmayacam sənin şeirlərinin, döyüşlərinin,qələbələrinin inadına.
Üzərinə edam vərəqələri deyil, sənə olan sonsuz heyranlığımı sərəcəm
ölsən əgər qəlbimdə...