Digər
Azərbaycan dövləti Albaniya Araz çayının şimal sahilindən cənubi
Dağıstana qədərki ərazidə yerləşirdi. Bu dövlətə on bir əyalət Çola, Lpiniya, Kambisena, Hereti, Qəbələ,Şəki, Paytakaran (Beyləqan), Uti, Girdman, Arsax və Sünik daxil idi. Ölkənin paytaxtı ilk əvvəl Qəbələ, daha sonra isə Bərdə şəhərləri olmuşdur.
Artıq
er.əv. III yüzillikdə ölkədə yerli gümüş pullar zərb edilirdi. Yazılı
mənbələrin verdiyi məlumata görə Qafqaz Albaniyası 26 yerli qəbilənin
siyasi ittifaqı nəticəsində yaranmışdır. Bu hadisə təxminən er.əv. IV
əsrə təsadüf edir. Dövlətin ilk hökmdarı Aran hesab edilirdi. İlkin
mərhələdə ölkədə rəsmi din zərdüşt dini olmuş, er. I yüzilliyində isə xristianlıq qəbul
edilmişdir. Xristian kilsəsinin başında müstəqil alban katalikosu
dururdu. İlk zamanlar onun iqamətgahı Dərbənd, sonra isə Bərdə şəhəri
idi. Qədim albanların təsərrüfatı, məişət və həyat tərzi Yaloylutəpə
arxeoloji mədəniyyəti əsasında öyrənilmişdir. Bundan başqa yunan və roma
müasirlərinin əsərlərindən və Kalankatuylu Musanın "Alban tarixi"
salnaməsindən Qafqaz Albaniyası haqqında
kəsərli məlumat əldə etmək olar. Qafqaz Albaniyasında əkinçilik,
heyvandarlıq, sənətkarlıq və ticarət yüksək inkişaf etmişdir. Ölkədə
bağçılıq və ilk növbədə ipəkçilik mövcud idi.
Albaniya ərazisində
30-dan artıq şəhər var idi ki, bunlar da əhəmiyyətli sənətkarlıq və
ticarət, siyasi, inzibati, mədəni və dini mərkəzlər rolunu oynayırdılar.
Ölkənin yüksəlişi dövründə Albaniya şimaldan Böyük Qafqaz dağları,
cənubdan Talış silsiləsi, şərqdən Xəzər dənizi,
qərbdən isə Gürcüstanla məhdudlaşan böyük bir ərazini əhatə edirdi. Bu
bərəkətli və zəngin ölkə əsrlər boyu bir çox xalqların və qəsbkar
dövlətlərin diqqətini özünə cəlb edirdi. Hələ er.əv. III-II əsrlərdə
ölkəyə şimaldan masaqet və sarmat tayfaları müdaxilə etmiş və Xəzər
sahilində bir müddət mövcud olmuş Mazküt dövlətini yaratmışdırlar.
Er.əv. I yüzillikdən başlayaraq romalıların legionları Cənubi Qafqaza, o
cümlədən Albaniyaya bir neçə dəfə yürüş etmişdilər. İmperator Domitsianın dövründə (er.əv. 83-96) romalılar Xəzər dənizinin sahillərinə gəlib çıxmışdılar. Bu barədə Qobustanda tapılmış
latın dilli qayaüstü yazı xəbər verir. Eramızın 70-ci illərində ölkəyə
şimaldan alan tayfaları basqın edib Kambisena əyalətini zəbt etdilər. Bu
basqın və müharibələrə baxmayaraq Qafqaz Albaniyası özünün dövlət
müstəqillyini qoruyub saxlaya bilmişdir.
Etno-siyasi birliklər[redaktə | əsas redaktə]
Azərbaycanda
(quldarlıq quruluşunu yaşayan) ilk etno siyasi birliklərin meydana
gəlməsi miladdan oncə III- cüminilliyin II yarısına, daha dəqiq eradan
əvvəl XXV-XXIII-əsrlərə, yəni 4500-4300 il bundan əvvələ təsadüf edir.
"Aratta" etno siyasi birliyi
"Kuti" etno-siyasi birliyi
"Lullubi" etno-siyasi tayfa birliyi
"Su" tayfa birliyi
"Turukki" etno siyasi birliyi
"Hurri" etno siyasi birliyi.
Aratta, Kuti, Lullubi,
Su tayfaları qədim şərqin tarixində mühim rol oynamışdılar və
Azərbaycan xalqının formalaşması prosesindı onların rolu şübhəsizdir. Ən
azından ona görə ki, m.ö VIII-esrde Azərbaycan ərazisində ilkin dövlət
yaradan Mannalılar, adları çəkilən tayfaların varisləri və
törəməsidirlər.
Bu
tayfaların dil kökünün tam bəlli olmamasına baxmayaraq, onlarin dilində
ve yaxud onların yaşamış olduqları ərazilərin adlarında bir çox qədim
türk dili mənşəli sözlərin olması məlumdur. Məsələn, Aratta ölkəsinin
yerləşdiyi ərazi qaynaqlarda "Alataye" olaraq qeyd edilib ki, bu da bu
sozun Altay-Türk coğrafi nomenklaturasinda işlənməkdə olan sözlərlə
(Altay, Alatau, Alatava, Aladağ və s.) bağlılığı şübhəsizdir. Son
araşdırmalarda Mannadakı "Uişdiş" vilayətinin adı "Vişdiş", "Beşdiş",
yəni Beş dağ olaraq izah edilir. Assur çarı II Sarqon həmin vilayətdəki
"Uşkaya" (İndiki Üsküyə) adı isə "Üç qaya" ve yaxud "Üst qaya" kimi
açıqlanır. Eləcə də, barəsində danışdığımız xalqların dilində "Qantau"
(Qandağ), "İştatti" (isti yer) və sairə kimi çoxsaylı türk dillər
qrupuna yaxın sözlər mövcud idi. Assur qaynaqlarında "Turukki" olaraq
işlədilən tayfa adı isə türk etnoniminin ilkin yazılış şəkli sayıla
bilər.