Elm adamları insan beyninə fərqli biçimlərdə təsir eləyən on romanı müəyyənləşdirib.
Ədəbiyyatın
"sağaldıcı” xüsusiyyətini təməl alan bir qrup elm adamı, müxtəlif
xüsusiyyətli romanların insan beynini inkişaf elətdirib
kəskinləşdirdiyini, sosial bağları gücləndirərək xarakteri
dəyişdirdiyini və münasibət yaratmağı asanlaşdırdığını müəyyən edib.
Toronto
universiteti elmi heyətindən olan psixiatr Keit Otli və İnqrid
Uikelqren tərəfindən "Scientific American” jurnalında yazılan məqaləyə
görə roman qəhrəmanları ilə təmasda olmaq həm təxəyyül dünyasını
zənginləşdirir, həm də insanla cəmiyyət arasında sosial bağları
gücləndirir.
Güclü
roman bu təsirləri ilə insan beynini kəskinləşdirir və insan
davranışları ilə bağlı bilgilər verir. Beləliklə, iki elm adamının
seçdiyi, insan beynini inkişaf etdirən 10 roman bunlardır.
J.Göte – "Gənc Verterin iztirabları”
Götenin
1774-cü ildə məktublar formasında yazdığı sentimental romanıdır.
Romanda alman reallığının fonunda özünə sui-qəsd edən qəhrəmanın faciəli
həyatı təsvir edilir.
Ceyn Ostin – "Eşq və qürur”
Klassik
dövr romanları arasında əhəmiyyətli bir yerə sahib olan "Eşq və qürur”,
18-ci əsr İngiltərəsində keçən unudulmaz bir eşq hekayəsindən bəhs
edir.
Qustav Flober – "Madam Bovari”
Romantizm
axınına qarşı olan və realizmin ilk nümunələrindən sayılan roman. Bu
romandan sonra psixologiyada məmnuniyyətsizliyi bildirən bovarizm
termini ortaya çıxıb.
Nataniel Hautorn – "Qırmızı ləkə”
Gənc
qadının başına gələn haqsızlıq və ədalətsizliklərdən bəhs edən roman.
Müəllif romanda cəmiyyətin eşq, günah, ədalət, zülm kimi qavramlarını
sorğulayıb.
Lev Tolstoy – "Anna Karenina”
Əsər
1870-ci illərdə Rusiyada cəmiyyətin üst sinfinə mənsub olan iki insanın
eşqindən bəhs edir. Hadisələr Moskvada, Peterburqda baş verir. Bundan
əlavə, L.Tolstoy əsərdə Rusiyada patriarxal həyat tərzi qalıqlarının
burjua tərəqqisinin təzyiqi altında necə dağıldığını da təsvir edir
Corc Eliot – "Middlmark”
Romandakı
hadisələr 1830 və 1832-ci illər arası İngiltərə Middlmark qəsəbəsində
baş verir. Romanda qadınların rolu, evliliyin xüsusiyyətləri, din və
riyakarlıq, siyasi islahat və təhsil kimi mövzulara toxunulub.
Virciniya Vulf – "Xanım Dallovay”
Müəllifin
ən çox diqqət toplamış romanlarından biridir. Var olma, feminizm,
homoseksuallıq kimi mövzulardan bəhs edən roman yazar tərəfindən üç dəfə
gözdən keçirilib və yenidən yazılıb.
Toni Morrison – "Sevgili”
Müəllifə
"Pulitzer” mükafatı qazandıran roman. Romandakı hadisələr Amerika
vətəndaş müharibəsi dövründə Ohayo ştatında baş verir. Eşq, azadlıq,
köləlik və digər mövzuları əhatə edir.
J.M. Coetzee – "Utanc”
Müəllif
romanda şiddətli və gərgin bir dövr yaşayan toplumun, Cənubi Afrikanın
həyatından bəhs edir. O, iki dəfə evlənib boşanmış qəhrəmanın
hekayəsində həm siyasi, həm də psixoloji bir dəyişmə yaşayan insandan
danışır.
Muhsin Hamid – "Könülsüz fundamentalist”
Bir
pakistanlı gəncin Amerikadakı həyat hekayəsindən bəhs edən roman. Roman
Şərq və Qərb, xəyali və həqiqi gərginliklər arasında qalan fərdin
faciəsi üzərində qurulub.