Ölüm haqqında bildiklərimiz və bilmədiklərimiz

Müəllif: Menim balam
Şərhlər: 2
Baxılıb: 1 972
Səs ver:
(səs: 1)
Bu sözün vahiməsi hamını, hətta anlamaz uşaqları da basır...

"Həyatımda heç vaxt yaşamadığım bir hadisənin şahidi olurdum. Üzərimə yaşıl parça sərilmişdi. Ətrafımdakı insanlar durmadan ağlayırdı. Nə olduğunu anlamamışdım. Üstümü niyə örtmüşdülər? Ayağa durmaq istəyirdim, amma tərpənə bilmirdim.

Əllərim, ayaqlarım bağlanmışdı. ”Ana..." Anamın səsini eşidirdim, amma görmürdüm, davamlı ağlayırdı. "Niyə ağlayırsan, ana? Üstümdəki örtüyü götür, ana...” Nə qədər çağırmaq istəsəm də anam məni eşitmirdi. Atam gəldi... O da ağlayırdı... "Məni buradan qaldır, ata...” Heç kəs eşitmirdi. Məni apardılar, üzərimə su səpildi, namaz qılındı və tabuta qoydular. Bu da son... Məni son mənzilə yola salırlar. Atam qucaqladı məni, kəfənimlə birlikdə qəbirə qoydu, üstümü torpaqla örtdülər. "Ana, ana, məni də özünlə apar. Məni burda qoyub getmə” dedim, amma eşitmədilər..."
Bu da son... Bu da ölüm... Deyirlər ki, insan öldüyü zaman ruhu bədəndən ayrılır, lakin insan ruhu heç vaxt ölmür. Sahibi öldükdə isə ruh bu sözləri deyir. Həyatda hər bir insanın başına gələn ən son hadisə ölümdür. Eyni zamanda bu söz eşidə bildiyimiz ən vahiməli sözdür. Alman dilində "tod”, fransızcada "mort”, ingilis dilində "death” kimi səslənən bu söz istənilən anda hər kəsi vahiməyə salır. Heç nəyi anlamayan, heç nədən nəticə çıxarmağı bacarmayan bir-iki yaşlı körpə uşaqlar da ölüm sözündən qorxur.
Bəs insanları qorxuya salan bu sözün mənası nədir? Arxasında nələr dayanır? Necə olur ki, insanlar "ölüm” adlı hadisəni yaşayır?
Ölüm hər hansı bir canlı varlığın (insan, heyvan və ya bitki) həyat fəaliyyətinin sona çatmasıdır. Həkimlərin fikrincə, ölümlər bir neçə cür olur. Onlardan birincisi bioloji ölümdür. Ağır xəstəliklərdən əziyyət çəkən insanların bioloji ölümü uzun müddət davam edə bilir. Bu müddət bir neçə dəqiqədən və ya bir neçə aydan ibarət ola bilər. Bioloji ölüm zamanı insan orqanizmindəki bütün orqanlar öz funksiyasını bir-birinin ardınca itirir. İnsanlar tam səssizləşir və hərəkət etmirlər. Əvvəlcə görmür, sonra isə eşitmirlər, gözləri daha çox tavana baxır. Bəzən elə olur ki, xəstələr ölməzdən bir müddət əvvəl tam yaxşılaşır, daha sonra da birdən-birə ölürlər. Ölməzdən əvvəl insanın rəngi saralır, bədən temperaturu aşağı düşür, orqanizm əlavə maddələrdən təmizlənir, dəri elastikliyini itirir, gözlərdəki refleks itir, çənə aşağı düşür, ağız və gözlər açıq qalır, bədən qıc olur. Ölmüş insanın qıc olması çənədən başlayır. Əvvəlcə alt çənə qıc olur, daha sonra isə bütün bədən daşlaşır. İnsan öldükdən 2-3 saat sonra qıc olmağa başlayır, 30 saat sonra cəsəd daşlaşır. İnsan öləndən 48-72 saat keçdikdə, cəsəddən qoxu gələndən sonra bədənin qıcı açılır.
İnsanın ölməsinə dəqiq əmin olmaq üçün müxtəlif dövrlərdə müxtəlif üsullardan istifadə edilib. Keçən əsrlərə qədər insanın öldüyünə əmin olmaq üçün onun sinəsinə su qoyulurdu. Qabdakı su titrəməzdisə, insanın öldüyü məlum olurdu. Bəzən ölülərin ağzına güzgü tutardılar, əgər güzgü tərləməzdisə, bilərdilər ki, adam ölüb. Lakin hazırda insanın ölüb-ölmədiyini ürəyin və nəbzin dayanmasından da anlamaq mümkündür. Qan analizi də ölümü təsdiqləmək üçün tətbiq edilən əsas vasitələrdəndir.
"Yalançı ölüm” də ölümün bir növüdür. Bu zaman adamın ürəyi birdən-birə dayanmır. Yalançı ölüm qanda zəhərlənmə, travma, donma, elektrik vurması zamanı özünü göstərir. 1900-cu illərdə İngiltərədə yalançı ölümün qarşısını almaq və insanı diri-diri dəfn etməmək üçün ölənləri bir neçə gün saxlayırdılar.
Tarixdə insan ölümləri haqqında maraqlı faktlar var. Ölən insanların dəfn edilməsi ənənəsinin 3500 il öncə yarandığı güman edilir. Ehtimallara görə, bu ənənə İspaniyanın Atapuerca adlı bölgəsində meydana gəlib. Alimlərin fikrincə, insan cəsədlərinin yandırılması atmosferə zərər verir. İnsan yanarkən havaya zəhərli qazlar qarışır. Dəfn edildiyi zaman isə həmin qazlar torpağa qarışır. Hindistanda yaşayan xalqların bir çoxu ölünü nə yandırmır, nə də dəfn etmir. Onlar ölüləri quşlar yesin deyə hündür, açıq bir yerə qoyurlar. Madaqaskarda əhali ölülərin sümüyünü qəbirdən çıxarır, bir müddət ətrafda gəzdirdikdən sonra təkrar basdırırlar. Bu mərasimə "famadihan” adı verilir. Mənası bəlli deyil.
Və sonda... Heç bir mədəniyyətdə "ölüm” sözündən birbaşa istifadə edilmir. İnsan ölərkən ya "rəhmətə getdi”, ya "vəfat etdi”, ya da "dünyadan köçdü” deyilir.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 1 972
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri