Gül kələmi:Yaşlanmağı gecikdirən bitkilərin önündə
durur.Toksinlərin meydana gəlməsinə maneə törədir.Bədəndəki hüceyrələrin zərər görməsini yavaşladır.Xərçəngə qarşı da qoruyucudur.
Portağal:Dinamizmin qaynağıdır.Damar tıxanmasının qarşısını alır.Bədəndəki müqaviməti artırır.
Pomidor:Xərçəng önləyici antioksidan ehtiva edir.Qadınlarda süd vəzi və yumurtalıq xərçəngi riskini azaldır.İnfarkt riskini də azaldan xüsusiyyəti də var.
Som balığı:Bir boşqab Som balığı 19qr zülal və omeqa-3 ehtiva edir.Omeqa-3 infarkt riskini azaldaraq,qan təzyiqini nəzarətdə saxlayır.
Yaşıl noxud:Zülal,lif və nişasta baxımından zəngin qidadır.Yaşıl noxud bədənə enerji verir və qüvvətləndirir.Əzələlərin inkişafına və yenilənməsinə kömək edir.Qan xərçənginə qarşı qoruyucudur.Qaraciyərin işini nizamlayır.
Böyürtkən:Yaşlılıqdan qaynaqlanan yaddaş itkisinin qarşısını alır.Bundan başqa, gözəllik qaynağı kimi də bilinir.
Balqabaq:Bir kiçik qab balqabaq,gündəlik beta-karoten ehtiyacının 25%-ni,C vitamini ehtiyacının yüzdə 10-nu qarşılayır və yaxşı miqdarda kalium ehtiva edir.Ayrıca yaxşı bir lif qaynağıdır.
Qatıq:İmmunitet sistemini gücləndirir.Bu xüsusiyyəti səbəbiylə bədəni xərçəngdən qoruyur.Bədəndə öz-özünə həzm edilən tək qida qatıqdır.Vərəm xəstəliyinə qarşı təbii bir antibiotik təsiri göstərir.
İspanaq:Antioksidan xüsusiyyət daşıyan A vitamininə çevrilən beta-karoten ehtiva edir.Sağlam gözlər üçün lazımlıdır.
Çay:Gündə 2 stəkan içilən çayla,4 alma,5 soğan,7 portağal yemiş kimi ürək dostu antioksidan maddə almış olarsınız.Xüsusilə uşaqların həftədə 6 stəkan südlü çay içməsi təklif edilir.
Hind toyuğu:125qram bədənin gündəlik fol turşusu ehtiyacını qarşılayır.Fol turşusu qan hüceyrələrinin yenilənməsinə yardımçı olur.