Ayaqqabının qəribə hekayəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 109
Səs ver:
(səs: 1)
Ayaqqabı ... Fərqli coğrafiyalarda bir çox ənənənin mərkəzində nə üçün ayaqqabı durur?
Ətrafımıza göstərmədiyimiz hörməti nə üçün onlara göstəririk?
Ayaqqabını icad edən şəxs kəşfinə belə dərin mənalar yüklənəcəyini bilməzdi. Bəlkə yalnız ayağına tikan batdığı üçün etmişdi bu icadı. Ancaq Qədim Misirdən günümüzə qədər, ayaqqabılar yeni mənalar qazanaraq güclənməyə başladı. Sadəcə ayağımızı qorusun deyə yaradılan bu məhsul; sinif fərqliliyinin, duyğu sıxlığının və hətta inqilabın simvolu halına gəldi.
Ayaqqabıya yüklənən qəribə mənaları Yəhudi mədəniyyətində görə bilərik. Feldmana görə, yəhudilər ayaqqabını dürüstlüyün və mülkiyyətin simvolu olaraq bilirlər. Məsələn, yəhudi tacirlər ticarət razılaşma imzalamaq üçün ayaqqabılarının bir tayını müştərilərə verərdilər. Beləcə müştərinin etimadı təmin edilmiş olurdı. Digər tərəfdən, bir ərazinin sahibi müxtəlif yerlərə qoyulmuş ayaqqabılardan bilinirdi. Bunun müasir tətbiqi tətilə rayona getdiyində oğru girməsin deyə qapının yanına ayaqqabı qoyan qonşumdur.
Yenə köhnə bir ənənə olaraq, ingilislər uzaq yerə, səfərə gedənlərin arxasından ayaqqabı atardılar. Xüsusilə toylardan sonra müşahidə edilən bu davranış "onsuz da dönəcəksən" mənasına gəlirdi. Günümüzdə Azərbaycanda bənzər ənənənin su ilə reallaşdığını bilirik. Digər tərəfdən ingilis gəlinlər ayaqqabılarını subay qızlara atar, kim tutarsa, qismətinin açılacağına inanırdı. Ancaq yaşanan baş travmaları və barmaq qırılmalarına görə, ənənədə bir neçə dəyişiklik oldu - ənənə gül dəstəsi ilə əvəz olundu.
Ölkəmizə dönsək, gəlin ayaqqabısına ad yazılması və məclis sonunda kimin adı silindisə, onun tez bir zamanda evlənəcəyinə inanılması çox məşhurdur. Qatıldığım son toyda şəxsən sınadım və təəssüf ki, adım silinmədi. O gündən sonra olmayan sevgilimi də itirdim və sanki rəsmi subaya çevrildim. Ondan sonra bu ənənəyə şübhə ilə yanaşmağa başladım.
Xülasə, ayaqqabılar hər keçən gün güclənməkdə və kapitalizmi arxasına alaraq, insanoğluna təhlükə saçmaqdadır. Atalarımız bu təhlükəni əvvəldən görərək "Dost başa, düşmən ayağa baxar" deyiblər. Bu gün qapı qarşısındakı ayaqqabılarınıza diqqətlə baxın. Lazım olsa onları gözəlcə fırçalayıb, təmiz olmalarını təmin edin amma bunu əsla unutmayın: Günahsız görünən o ayaqqabılarınız, beyninizi ələ keçirərək sizi alış-veriş mərkəzinə aparan kapitalist cəsuslar ola bilər.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 109
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri