Bu tip alışqanlıqlara ilk əvvəl ruh düşgünlüyünü qaldırmaq üçün üz tutulsa da sonra bu belə olmur.
Artıq
bu alışqanlıq get-gedə məcburiyyətə dönür və içməmək əldə olmur. İçmək
istəmir, amma bu onu əsəbi edir və aqressiya baş verir nəticədə ətrafa
qarşı davranış daha da korlanır. Bu bir neçə dəfə belə davam edəndən
sonra alkoqolik artıq içkini atmağı düşünür. İlk əvvəl alkoqoldan
qurtulmaq xəstənin istəyilə başlasa da, bundan qurtulmaq üçün tək bu bəs
etmir. Amma ətrafın ondan üz döndərməsi alkoqoliki tək başına bundan
qurtula biləcəyinə inandırır.
Tək
başına alkoqoldan qurtula bilməyən şəxs bir daha ruh düşgünlüyü yaşayır
və ehtiyacı olduğu yaxınların yanında olmamalarını, üz döndərdiklərini
görmək xəstəni daha da alkoqola tərəf çəkir. Qeyd etmək lazımdır ki,
xəstənin istəyilə müalicə yalnız düşünülə bilər, müalicəyə başlamaq üçün
xəstəyə yaxınları tərəfindən tam dəstək olunmalıdır.
İçki
içməyə aludə olan fərdlərin içkidən əvvəlki sağlamlığını bacarıqlarını
əldə etməsi,içki üzərindən toplumda itirdiyi rolunu və nüfuzunu
qaytarması üçün hər cür müalicə üsullarından istifadə olunmaqdadır.
Diqqət
etmək lazımdır ki, əgər bir şəxs alkoqolik olacaq qədər spirtli içkidən
istifadə edirsə, deyilən heç bir nəsihət və ya söz ona təsir etməyəcək.
Bu halda səbrin aşması və bunun nəticəsində alkoqolik adamın acılanması
əks təsir verə bilər, yəni daha çox alkoqola baş çəkə bilər. Bu isə
dönülməz yola girməsinə səbəbolacaqdır. Ətrafdakılardan uzaqlaşıb tək
qalmağı seçməsi, əvvəl içmək üçün bir yoldaş axtarırdısa da indi heç o
yoldaşı da yanında istəməməsi kimi psixoloji dəyişiklərə səbəb ola
bilər. Çox vaxt da bu intiharla nəticələnə bilir.
Spirtli
içkidən istifadənin öz-özlüyündə sosial-təhlükəli hərəkət olmaması,
onun xarakterik alkoqol xəstəliyi olmaması, içən adamın ailəsinə
bilavasitə təhlükə törətməməsi haqqında geniş yayılmış ənənəvi fikirlər
mövcuddur. Bununla belə təcrübə göstərir ki, məişət sərxoşluğu ailə
kollektivinin sağlamlığına ağır zərbə yetirir. Alkoqolizmin şəxsiyyətə
yetirdiyi hərtərəfli zərər tez və ya gec əyyaşın hamı tərəfindən inkar
edilməsinə gətirib çıxarır, o, sifilis, cüzam kimi ağır xəstəliklərlə
bir sıraya qoyula bilər. Bu xəstəliklərdə olduğu kimi fiziki cəhətdən
təkcə xəstənin özü deyil, həm də onu yaxından əhatə edənlər də əziyyət
çəkir, bütövlükdə onların həyat tərzi dəyişir.
Xronik
alkoqolizm hallarında çox vaxt müxtəlif kəskin psixozlar baş verir.
Psixozların ən çox yayılmış növlərindən biri alkoqol deliriliyidir
(alkoqol psixozu). Deliriy bərk içmə dövrü ardınca spirtli içkilərdən
imtina etmə zamanı baş verir. Xəstəlik xəstənin davranışlarının
xüsusiyyətini müəyyən edən şüur pozğunluğu, səmtitirmə. Təlaş, vahimə,
parlaq hədələyici xəyallar (görmə hallüsinasiyaları) və sayıqlamalarla
xarakterizə olunur. Xəstə xəyali təqibedicilərdən xilas olaraq və ya
əmredici xəyali "səslər” tabe olub ətrafındakı xəyali düşmənə təcavüz
məqsədilə pəncərədən tullana bilər və ya sınmış şüşələrdən yaralana
bilər. Xəstəlik uzun sürən yuxusuzluqla müşayiət olunur, belə ki,
axşamlar və gecə vaxtı psixomotor coşqunluq (psixi oyanıqlıq) daha da
şiddətlənir. Deliriy baş verdiyi zaman xəstənin üzərində bütün sutka
ərzində müşahidə aparılır. Onun çarpayısı pəncərədən uzaqlaşdırılır.
Hərəki həyəcanlanma şiddətləndikdə, xəstəni yatağında saxlamaq lazımdır.
Deliriy, adətən, 3-4 gün davam edir, sağalma normal yuxu nəticəsində
əldə edilir.
Xronik
alkoqolizm fonunda deliriydən əlavə, kəskin və xronik eşitmə
hallüsinasiyaları və sayıqlama psixozları da əmələ gəlir. Bunlar eşitmə
hallüsinasiyalarının çox vaxt əmr, həqarət, pis söyüş və ya hədələmə
şəklində olan xəyali «səslər»in eşidilməsi ilə xarakterizə olunur. Xəstə
bu cür əmr və hərəkətlərin təsiri altında özünü öldürə və başqasına
hücum edə bilər, hətta başqasını öldürə bilər. Sayıqlama təəssüratının
məzmunu təqib və qısqanma ideya və hadisələrindən ibarət olur. Hər iki
halda bu xəstələr ətrafdakılar üçün təhlükəli olmaqla — "təqibedicilər”,
"xəyanət edən” qadın və ya kişilərə qarşı yönəldilmiş təcavüz
hərəkətləri edə bilərlər, hətta onları vəhşicəsinə öldürə bilərlər.
Müalicədə
məqsəd içkinin tam buraxılmasıdır. Müalicənin istənilən nəticəni
verməsi üçün xəstə bunu istəməli, müalicə başlayandan etibarən içki
içməməlidir.