1. Vizual və Şifahi Bacarıqları inkişaf etdirir
4-6
yaş arasında inkişaf etdirilən musiqi bacarıqları uşaqlıqda sözləri
dərk etmə və şərh etmə bacarıqlarına müsbət təsir edir. 8-11 yaş
araslnda musiqi təhsil almaq isə hər hansı bir digər təhsillə əldə
edilə bilməyəcək qədər vizual IQ-nün inkişafını sürətləndirir.
2. Beynin sağlam qalmasını təmin edir
Yaşlı
insanların musiqi dinləməsi yaddaşa müsbət istiqamətdə təsir edir.
Hətta bəzi vəziyyətlərdə beyində meydana gələn problemlər musiqi ilə
müalicə edilə bilər.
3. Daha xoşbəxt olmağınıza səbəb olur
Musiqi
dinləmək beyində xoşbəxtlik hissini oyandıran dopamin hormonunun ifraz
olunmasına səbəb olur. Xüsusilə müəyyən bir temp ilə dinlənilən musiqi
xoşbəxtliyi özü ilə bilrikdə gətirir.
4. Təzyiqi nizama salır
Təzyiq
problemi olan xəstələr musiqi dinləyərək daha qısa müddətdə sağala
bilərlər. Gündə təxminən 30 dəqiqə musiqi dinləyən xəstələrdə daha aşağı
təzyiq müşahidə olunur.
5. Yuxu keyfiyyətini artırır
Musiqi
bədəndəki gərginliyi aradan qaldıraraq, ürək döyüntülərini
normallaşdırır. Həmçinin də, daha keyfiyyətli yuxuya sahib olmağınızı
təmin edir.
6. Ağrıları azaldır və sinir sistemini gücləndirir
Musiqi
dinləmək kortizol hormon səviyyəsini nizamlayır. Gün ərzində təxminən
50 dəqiqə musiqi dinləmək əhəmiyyətli fizioloji fayda verməkdədir.
7. Depressiya ehtimalını azaldır
Tədqiqatlardan
alınan nəticələrə görə, xərçəng müalicəsi görən xəstələr arasında
musiqi dinləyənlərin depressiyaya tutulma hallarının daha aşağı olduğunu
müşahidə edilir.
8. Atletik performansı artırır
Musiqi dinləyən idmançılar ritmlə gələn hərəkət instinkti ilə daha yaxşı atletik performans göstərir.
9. Qavrama bacarığını yüksəldir
Musiqiçilərin və musiqiyə çox qulaq asan insanların qavrama bacarıqlarının daha yüksək olduğu məlum olmuşdur.