Düşündüyünüzdən daha çox xoşbəxt olduğunuzun sübutu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 1 707
Səs ver:
(səs: 2)
Xoşbəxt həyat çoxsaylı xırdalıqlardan ibarətdir. Bizlərdən bir çoxumuz gündəlik həyatımızda onların fərqinə belə varmırıq. Lakin onları həqiqətən qiymətləndirmək lazımdır.

Həyatınızda hər şey əks istiqamətdə getdikdə aşağıdakı bu siyahını xatırlayın. Bu cəhətlər özünüzlə qürur duymağınız üçün kiçik də olsa bir səbəbdir.

Bu ay bütün xərclərinizi ödəyə bildiniz –
Və ola bilsin özünüz üçün xərcləyəcək artıq pulunuz da qaldı. Bu öhdəliklərin sizi nə dərəcədə qıcıqlandırdığı önəmli deyil, əsas olan onları yerinə yetirə bilməyinizdir. Bu da ki, məsuliyyət adlanır.

İşiniz var – Hansı işdə və neçə saat işlədiyiniz vacib deyil. Əsas olan ac qalmamaq və gündəlik həyati vacib xərclərinizi qarşılayacaq qədər pul qazanmağınızdır. Hazırda olduğunuz vəziyyət sizi qane etmirsə bunu dəhşətli son hesab etmək düzgün deyil. Bunun əvəzində nələrisə dəyişməyə cəhd edin. Vəziyyətin fərqində olmaq və dəyişməyə can atmaq özü bir xoşbəxtlikdir.

Sevdiyiniz məşğuliyyətə ayıracaq zamanınız var – Hətta bu “sevdiyiniz məşğuliyyətə” divan, nahar və serial daxil olsa belə…

Artıq 1 il əvvəlki “siz”-dən əhəmiyyətli dərəcədə fərqlənirsiniz – Öyrənirsiniz, inkişaf edirsiniz və nəyin yaxşı, nəyinsə pis cəhətdən inkişaf etdiyini ayırd edə bilirsiniz.

Boş zamanınız var – Bu o deməkdir ki, vacib işlərlə yanaşı ürəyinizdən keçən hər bir şeyi etməyə asudə vaxtınız var. Bu isə hazırda bir çox insanın arzusunda olduğu bir xoşbəxtlikdir.

Hər hansı bir şeylə maraqlanırsınız –
bunun isə nə olduğu mühüm deyil. Bu kitab, kino, münasibət və s. ola bilər.

Müəyyən məqsəd üçün çalırsınız – Həyatda insanları məyus və bədbəxt edən cəhətlərdən biri də məhz özlərinin həyatdan nə istədiklərini bilməməkləridir. Çatacağınız bir mqəsədiniz varsa, siz xoşbəxtsiniz.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 1 707
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri