"Sevinc Tənha Analar" dəstəyi çox qısa vaxtda fəaliyyətdə başlamasına baxmayaraq böyük işlərə qol çəkir. Qrupunun təsisçisi və sədri Pərvin Babayeva və ona bu işdə könüllü kömək edən xanımlarımız bir çox ailələrə kömək edir. Qrup atasız,serebral iflicdən əziyyət çəkən uşaq əməliyyat etdirib, 5 atasız və ehtiyacı olan ailənin uşaqlarını təmənnasız sünnət etdirir. Həmçinin qrup hər həftə ehtiyacı olan ailələrə baş çəkərək onlara maddi və mənəvi olaraq kömək edirlər. Bu çətin və şərəfli işdə başqa qrup rəhbəri olmaqla kollektivə uğurlar arzu edirik.
Əziz xanımlar, sizlər də bu gözəl işdə payınız olsun istəyirsinizsə "Sevinc Tənha Analar" dəstəyinin facabook səhifəsinə daxil olaraq ediləcək yardımlar barədə,necə kömək ola biləcəyiniz haqqında məlumat ala bilərsiniz.