Ən sonunda isə Allahı tapa bilərsən!

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 2 369
Səs ver:
(səs: 1)

 

Vicdanınıza danışın etdiklərinizi, əgər vicdanınız rahatdırsa…


İnsanları sevəcəksən, könlün bitməz xoş duyğular, bağışlama və sevgi xəzinəsiylə dolsun deyə… İnsanları sevməklə bərabər, bütün yaradılmışları da içindən gələn, eyni bitməz-tükənməz sevgiylə sevməlisən. İnsanları sevməklə bərabər, onlarla dost olmalı, onlara yaxın və mərhəmətli davranmalı, özünü onların yerinə qoyaraq uğurlarından sevinc duymalı və uğursuzluqlarına kədərlənməlisən. Məqsədin insanlığı hər kəs üçün bilinməsi gərəkli eyni hədəfə yönləndirmək olmalıdır. Bunun da ən kəsə, ən təsirli və ən gözəl yolu sevgi yoludur. İnsanlar üçün duyulan sərhədsiz sevgi ilə insanlıq sülh və hüzura qovuşa bilər. Ancaq bu yolla kamilliyə çatmaq olar. Bu aləmdən ilahi aləmə yetə bilər, ən sonunda isə Allahı tapa bilərsən. Həyatın təməlinin Allaha inam, inamın təməlinin isə gözəl əxlaq olduğunu dərk etməliyik. İnsanın insan olaraq qala biməsinin yolu və gerçəyi dərk etməyə başlaya bilməsi üçün sonsuz həyata, yəni ruhun ölməzliyinə, qısacası, "axirət günü” həqiqətinə inanmalı, mənlik iddiasında olmamalı və özünü birlik prinsipindən ayrı görməməlidir. Universal insanlığın sərhədlərinin tapılmaması və hər hansı bir dini ehkam və ya milliyət ilə sərhədləndirilməməsi səbəbiylə, bir kimsənin gerçəkdən güvənə biləcəyi tək şey gerçək inam sahibi və bu inamında səmimi olan insandır. Ancaq bunun üçün hər birimiz, ilk növbədə, özümüz özümüzlə dost olmalıyıq. Özüylə barışmış insan dünya ilə barışmış deməkdir. Bax gerçək azadlıq, hürriyət budur! Bu qələbəyə də insan özünü sərbəst biri olaraq görməklə deyil, bütövün bir parçası olaraq dərk etməklə çata bilər. Bu da insanın, hadisələrin öz seçiminin nəticəsi olaraq olmadığını, bir tale nəticəsi olaraq meydana gəldiyini, "olacaqdı oldu” düşüncəsini qəbul etməyi bacarmaq deməkdir. O, bunu hamının yaxşılığı üçün edəcəkdir. Öz nəfsimizi arxa plana atmalıyıq. Bu da nəfsi, yəni eqoizmi ortaq dəyərlərlə hər an öz idarəmiz altında saxlamaqla əldə oluna bilər. Beləliklə, qaralmış bir ürəyə sahib olan insan digər tərəfdən Allahın göründüyü yer olan ruha və peyğəmbərin vəkili sayılacaq bir ağıla sahib olduğundan öz ruhu və ağlıyla ziddiyətə düşərək daha dərinlikdə Allah və peyğəmbərlə savaş içərisindədir. Bu döyüş içərisində olan bir insanın nə vəziyyətdə olduğunu təsvir etmək heç də çətin deyil Birinin vücudu suyla təmizləndiyi kimi, bir gümüş qabı da bir kimyəvi maddə ilə təmizləmək mümkündür. Lakin qəlbin və ruhun paklanması ancaq onu bütün pis düşüncə və əməllərdən təmizləməklə və Allahın varlığından başqa neç bir varlıq görməmək və bilməməklə mümkündür. O, "İçində Allahın təcəlli etdiyi bir ruh daşıyan (ürəyində Allah sevgisi olan) və bizi qaldırmaq üçün yardım əli uzadan hər insanın sadiq və güvənli bir dostu olduğunu” söylər. Buna görə də, "Yaradılmışlara göstərilən sevgi, sayğı və sədaqət Allaha göstərilmiş kimidir”. Bizim üçün "hər kəs” yoxdur. Biz etdiklərimizi Allah və onun rizasını qazanmaq üçün etməliyik. Vicdanınıza danışın etdiklərinizi, əgər vicdanınız rahatdırsa… Və siz narahat deyilsinizsə, etdiklərinizdən, başqalarının nə düşündüklərindən heç qorxmayın. Vicdanınızın sakit olması sizin üçün bəs edər. "Bütün ağılların üstündə Allah sevgisi yatar və Allah sevgisi də ancaq hər bir kəsin içində öz adının təcəlli etdiyi yaratdıqlarını sevməklə mümkündür”. Bu şəkildə böyük insan Allah sevgisini mücərrəd bir qavrayışdan çıxararaq konkretləşdirmiş və ona yeni bir kimlik qazandırmışdır. Bunu da belə ifadə etmişdir: Dəyişik surətlərdə görünən hər bir fərd bizim insan kimi bacımız, qardaşımızdır. Ancaq insanlara hamısının ayrı təbiətdə yaradıldığını xatırladıb, onların bir-biriylə barışmasına nail olmalıyıq. Bunu da səmimi və ən yetkin bir sevgi əxlaqı ilə bacara bilərik. Rəbbim cümləmizi bu əmələ yetən qullarından eləsin!!!


 

Redakte etdi: Pretty girl

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 369
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri