"İki şey" ......

Müəllif: Onun_Mələyi
Şərhlər: 6
Baxılıb: 1 628
Səs ver:
(səs: 0)
İki şey dəyərsiz insanın xüsusiyyətidir:
1- Şikayət etmək
2- Dedi-qodu

İki şey həlli mümükünsüz kimi görünən problemi həll edər:
1-Baxış tərzini dəyişmək
2-Qarşısındakının yerinə özünü qoymaq

İki şey həyatda səhv addım atmağın qarşısını alar:
1-Şəxsləri və hadisələri ağlın süzgəcindən keçirmək
2-Kiminsə haqqını yeməkdən çəkinmək

İki şey insanı gözdən salar:
1-Demaqoqluq
2-Özünü öymək

İki şey insanı dəqiq olmağa sövqedər:
1-İradəyə hakim olmaq
2-Ətrafa uyğunlaşa bilmək xüsusiyyəti

İki şey insanın daha da dəyərli olmasına kömək edər:
1.Natiqlik sənətini daha dərindən öyrənmək
2.Başa düşərək sürətli oxumaq

İki şey insanın irəliləməsinə mane olar:
1-Qərarsızlıq
2-Cəsarətsizlik

İki şey hər zaman boş yerə zəhmət çəkməməyinə kömək edər:
1-Qabiliyyət
2- Sevdiyin işin arxasınca getmək

İki şey uğurun açarıdır:
1-Ustalardan ustalığı öyrənmək
2-Düşüncələrini saf-çürük etmək

İki şey uğuru xoşbəxtliklə birgə əldə etməyinə zəmin yaradan
1-Niyyətin saf olması
2-Mənəvi paklıq

İki şey səni milyonlarla insandan ayırar:
1-Problemin deyil, onun həlli yollarının iştirakçısı olmaq
2-Həyata və hər şeyə fərqli baxış tərzi ilə baxmaq

İki sey tərəqqiyə mane olar:
1-İfratçılıq
2-Baş verən fəlakətlər qarşısında sınmaq

İki şey problemin həllini tezləşdirər:
1-Təbəssüm
2-Susmaq

İki şeyin dəyəri itirildiyi zaman bilinər:
1-Ana
2-Ata

İki şeyi geri qaytarmaq mümkün deyil:
1-İtirilən zaman
2-Deyilən söz

İki şey həqiq sondur:
1-Cənnət
2-Cəhənnəm

İki şey üçün mübarizəyə dəyər:
1-Sevgi
2-Elm

İki şey həyatta mühüm olan hərşey üçündür:
1-Nəfəs ala bilmək
2-Nəfəs verə bilmək
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 628
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri