Min Aynalı Məbəd və min it

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 1 443
Səs ver:
(səs: 0)
Hindistanda yüksək bir dağın başında tikilmiş "Min aynalı mәbәd" adlı görkəmli bir məbəd vardı. Günlərdən bir gün bir it dağa dırmaşdı, məbədin nərdivanlarından çıxaraq "Min aynalı mәbәd"ə girdi. Məbədin min aynalı salonuna keçdiyində min dənə it gördü. Qorxaraq tüklərini qabartdı, quyruğunu qıçlarının arasına sıxışdırdı, qorxuducu xırıltılar çıxararaq dişlərini göstərdi. Və min it də tüklərini qabartdılar, quyruqlarını qıçlarının arasına alıb qorxunc səslər çıxardıb dişlərini göstərdilər, İt çaxnaşmaya qapılaraq məbəddən qaçdı. Və o andan etibarən bütün dünyanın təhlükəli, qorxunc itlərlə dolu olduğuna inandı.
Bir müddət sonra bir başqa it gəlib dağa dırmaşdı. O da məbədin nərdivanlarından çıxıb "Min aynalı mәbәd"ə girdi. Məbədin min aynalı salonuna gəldiyində min dənə itlə qarşılaşdı və çox sevindi. Quyruğunu yellədi, sevinclə oradan oraya tullandı və itləri oynamağa çağırdı.İtlər də eynən belə etdilər.Bu it məbəddən çıxdığında dünyanın dost və mehriban itlərlə dolu olduğuna inanırdı.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 443
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri