Cəvahirləl Nehrudan sitatlar

Müəllif: aLoNe AnGeL
Şərhlər: 8
Baxılıb: 1 780
Səs ver:
(səs: 0)
Uğur çox zaman cəsarətli insanlara xas bir şeydir, nadir hallarda çəkinən və nəticələrdən qorxanlar uğur qazana bilər.

Həyatdan zövq almağın yeganə yolu qorxusuz və pərt olmaqdan, fəlakətlərdən çəkinməməkdir.

Öz zəifliyini bəlağətli ifadələrlə, nəcib prinsiplərlə gizlətməyə çalışan insanlar dərhal şübhə doğurur.

Müharibə humanizmin və həqiqətin inkarıdır. Məsələ təkcə insanların öldürülməsində deyil, zatən insan əvvəl-axır ölür. Məsələ, şüurlu şəkildə nifrətin və yalanın insanlara aşılanmasındadır.

Şəxsi ləyaqəti haqqında çox danışan adamlar, adətən daha az fəzilətli olurlar.

Ən zəif cəhətimiz odur ki, müzakirə etməyi daha çox sevirik, nəinki iş görməyi.

Keçmiş həmişə bizimlədir. Nəyə malikiksə, hamısı keçmişdən gəlir. Biz keçmişin törəmələriyik. Bunu dərk etməmək, həqiqəti dərk etməmək deməkdir.

Demokratiya yaxşıdır. Ona görə bunu əminliklə deyirəm ki, digər sistemlərin pis olduğunu bilirəm.

Təhlükədən qaçan adam yerində oturmuş adamla müqayisədə təhlükəylə daha çox üzləşir.

Fakt, faktdır. Sizin bəyənib bəyənməməyinizdən asılı olmayaraq onlar yoxa çıxmır.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 1 780
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri