Xoşbəxtlik ^

Müəllif: Barbaris
Şərhlər: 8
Baxılıb: 2 090
Səs ver:
(səs: 0)
Bütün insanlar.. Xoşbəxt olmağa calışır, bütün yollarımız ona doğrudur..
Plan qura-qura gedirik...məktəbi qurtarım,universitetə daxil olum daha cox nailliyyət əldə edəcəm. Universitetə giririk fikirləşirik ki universiteti bitirim yaxşı iş tapmaqla vəziyyətimi daha yaxşı eliyəcəm.. İş tapırıq...yenə nəsə çatmır, yox mən tam xoşbəxtlik istəyirəm mənim hər şeyim olmalıdır.. mən yaxşı maşın , çox dəbdəbəli ev almalıyam..alırıq...yox, nəsə çatmır..
demek arzudan-arzu doğur,sən hələ də xoşbəxtlik axtarışındasan... bəlkə elə xoşbəxtlik ailə qurduqdan sonra olur?
Onda sevək sevilək ...ailə quraq...
Qururuq da...yox, bu hələ də mən deyən deyil.Bəlkə ,övladlarımız olsa onda hər şey deyişəcək..Uşaqların olur...gözləyirsən onlar böyüsün,başlayırsan onun həyatıyla yaşamaga..narahat olmağa,bir sozlə axtardıgın xoşbəxtliyə bir türlü yetişə bilmirsən...
Dərk etmirsen ki,zaman sənin nazınla oynamir. o gedir,o gozləmir...sənin ise heyatin dadini cixara biləcəyin illərin hədər gedir..
Çalış hər gününü sənə qəflətən verilmiş bir qiymətli hədiyyə kimi qəbul elə...bu günlə yaşa..xoşbəxtliyi hər günündə axtar.
əbədi xoşbəxtlik anlayışı olmur...O çox ani olur. Onu tuta bildinsə gündə bir neçe dəfə xoşbəxt olmaq
olar, tuta bilmədinsə həyatın elə gözləyə gözləyə,axtara-axtara itəcək... Hər gününü mənalı eləməyə calış, vara dövlətə aldanma.Onların arxasınca qaçma...sənə yaxın,səni
başa düşən ,ətrafında özünü rahat hiss edə biləcəyin insanlar varsa demək sən elə xoşbəxt
bəndəsən! bundan bəhrələnmək lazımdır..
Darıxırsansa get tap..
Sevirsənsə get söylə.
Küsmüsənsə barış..
Qəlb qırmısansa əhv dilə..
Bir az tələs..
Gec qalma...
bunların hamısını çatdırmaq
üçün həyat cox qısadır...
Xoşbəxtlik ani olursa ,onu tez-tez yaşatmalıyıq!
Hamınıza Xoşbəxtlik Diləyirəm!
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 090
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri