Bir qız nə vaxt anlayar böyüdüyünü?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 1 943
Səs ver:
(səs: 1)
Bir qız nə vaxt anlayar böyüdüyünü?

Bir qız nə vaxt dərk edər həyatı?

Bəs bir qız nə vaxt yaşamaqdan əl çəkər?

Nə vaxt bütün işıqlarını söndürüb, öz qaranlığına çəkilər?

Nə vaxt, hansı ara bütün insanlara qarşı inamını itirər, yox olar, əriyər göz önündə?

Nə vaxt həyatına bu qədər qaralar bağlayar?

Hamı o qıza "realist ol, realist ol" deyir, ola bilmir.

Bir qız nə zaman artıq qadın olduğunun, ən gözəl şeylərdən məhrum olunduğunu anlayar?

Nə zamanı ən böyük acılarına baxıb, gülər?

Aldadıldığını, yaşadığı bu neçə ildə fəda etdiyi şeylərin dəyərsiz insana həsr olunduğunu başa düşəndə, əsl xoşbəxtlik nədir bilməyəndə, atasının uşaqlığındakı kimi işdən gəlib, qabar əllərini açıb, "qızım, mənim hamıdan qəşəng qızım" deyib qollarının arasına almağını düşünüb həsəd aparanda, sevdiklərinin vidalaşmadan bir daha geriyə qayıtmayacağı səyahətə getdiyini anlayanda, canından artıq etdiyi, "ən"lərin hamsını qurban verəcəyi insanın arxasında 1 ölü, 3-4 yaralı buraxıb getdiyinə şahid olduqda.. qopar həyatdan, özünə bir dünya yaradar. saxtakar insanlardan uzaq, yalansız bir dünya yaradar özünə. nankorlara icazə verməz daxil olsun, o dünyaya. bu səbəbdən bəzi qızlar yalnızdır, sırf həyatın hər üzünü gördüyü üçün yalnızdır... sevin onları, dəyər verin.. incitmədən, yormadan, qırmadan sevin..
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 1 943
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri