Qəribə yuxu

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 1 532
Səs ver:
(səs: 1)
Bir adam Afrikaya səyahətə gedir.
Gəzinti əsnasında arxadan
bir aslanın ona doğru gəldiyini görür.
Sürətlə qaçıb aslandan canını qurtarmaq istəyərkən öndə bir quyuya rast gəlir.
Yoğun bir kəndir quyunun içərisinə doğru uzanırdı.
Adam kəndirə sarılıb quyuya enir.
Quyunun dibində böyük bir ilanın olduğunu fərq edir.
İlan sürətlə ona tərəf sürünərkən adam dəhşətə gəlir.
Nə edəcəyini bilmir.
Yuxarıda aslan,aşağıda ilan.
Bu an biri ağ,digəri qara rəngli iki iri siçan kəndiri dişləri ilə gəmirməyə başlayır.
Hər tərəfdən başı bəlada ikən adam dodağında islaq bir şey hiss edir.
Bir arı onun dodağına bir damcı bal damızdırmışdı.
Adam yuxudan oyanır.
Allahım, bunlar nə yaxşı yuxu imiş.
Bir din xadiminə yuxusunu danışır adam.
Yuxu yozan gülərək:
Hələ anlamamısanmı ?
Arxadan gələn aslan ölüm mələyidir.
İçində ilan olan quyu sənin məzarındır.
Sarıldığın ip sənin həyatındır.
Ağ və qara siçan gecə və gündüzdür,həyatını gəmirir.
Bəs o bal nədir ?
Dünyanın keçici ləzzətidir.
Ölümün arxasında bir hesab olduğunu sənə unutdurur... !!!
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 1 532
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri