Tanrı qadına hərşeyi verdi də bir bunu vermədi ○●○●Özəl○●○●

Müəllif: Son Bahar
Şərhlər: 6
Baxılıb: 2 222
Səs ver:
(səs: 0)
Həyatda yaşayarkən ətrafımızda baş verən möcüzələrin fərqinə varmırıq. Biz özümüz də müəyyən məqsədlər üçün yaradılmış möcüzəyik. Təqdim edəcəyimiz ibrətamiz bizi məsəl qadın və onun yaradılışı haqqında düşünməyə vadar edir.
Bütün səmavi dini kitablarda yazıldığı kimi Allah dünyanı 6 günə yaradıb.
6-cı gün yaxınlaşanda dünya demək olar ki, tamamilə hazır idi. Allah ən sonda qadını yaratmaq qərarına gəldi. Bir neçə saatlıq gərgin əməkdən sonra mələk Allaha yaxınlaşıb soruşur:"Onun yaradılışına bu qədər çox əmək sərf olunur. Amma digər yaradılanlar bir neçə dəqiqəyə hazır olub".
Allah cavab verir: "Bu dünyaya sevgi, gözəllik və harmoniya verəcək varlıqdır. Onun təyinatı üçün hazırlanan siyahıya bax. 200 dən çox tərkib hissəsi var, amma onun hərəkəti zərif və incə olmalıdır. O, özü-özünə şəfa verəcək və yanındakı adamların ağrılarını azaldacaq. O, zəif olacaq, amma gündə 18 saat işləyə biləcək. Onun 2 əli olacaq, amma o bütün yaxın adamlarını qucaqlaya biləcək, onlara sevgi bəxş edə, onları qayğı ilə əhatə edə, fiziki və ruhi ağrılarını azalda biləcək".
Mələk təəccüblənir.
– Burda bir həftəlik iş var!
– Yox, – Yaradan bildirir, – Mən onu bu gün bitirəcəm və o mənim sevlimlim olacaq.
Mələk yeni yaradılan varlığıa yaxınlaşır və ona toxunur.
– O, çox yumşaq və zərifdir!
– Elədir, – Tanrı deyil, – amma bu zərifliyin altında güc və dözüm gizlənir. Mən onda mən kövrəklik və qüdrəti, gözəllik və gücü biləşdirmişəm.
– Doğrudanmı, o düşünən varlıq olacaq ? – mələk soruşur.
– Həm düşünən, həm gözəl, həm də dərin hissiyatlı – Allah cavab verir.
Mələk heyran-heyran qadına baxır.
– Həqiqətən çox gözəldir. Bəlkə də yaradılmışların ən gözəlidir.
O, qadının üzünə toxunur:
– Deyəsən onda yaradılan keyfiyyətlərin çoxluğundan o bir qədər axmağa başlayır.
– Yox. axmır, Bu göz yaşlarıdır. Onun kədəri, tənhalığı, əzabı və dərdi göz yaşlarına çevrilərək onu tərk edəcək.
Mələk həqiqətən də heyran qalır.
– Ulu Tanrım, sən hər şeyi düşünmüsən. Qadın həqiqətən də möhtəşəm yaradılıb!
– Bəli! O, mükəmməldir . O dünyanı gözəlliklə dolduracaq, onun gücü hətta kişiləri təəccübləndirəcək. O, hər şeyi öz üzərinə ala biləcək. O, ağlamaq istəyəndə də gülə biləcək, hətta özünə kömək lazım olsa belə, başqalarına kömək edə biləcək. Onun gücü, yaxınlarına kömək etmək istəyi onun hətta baxışlarında görünəcək.
Mələk dayanıb, qadına heyrətlə baxır. Tanrı buyurur:
– Təəssüf ki, bu qədər mükəmməliyin içərisində bir çatışmamazlıq var. Biz onun şüuruna hakim deyilik. Qadın özü bir şeyi dərk etməlidir və düzgün yol seçməlidir. Əks halda o, öz həyatını məhv edəcək.
- Onun dərk etmədiyi nədir?- mələk təəccüblənir.
- O, öz qiymətini bilmir.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 222
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri