Sevgilinizi doğru seçmisiniz?

Müəllif: Antikvar
Şərhlər: 0
Baxılıb: 1 519
Səs ver:
(səs: 1)
Sevgi ən gözəl duyğulardan biri olsa da, təəssüf ki, bəzən duyğular qarşılıqlı olmaya və ya zamanla azala bilir. Sizin üçün doğru adam ailənizə hörmət edəcək və onları qəbul edəcək şəxsdir. Lakin unutmayın, hörmət və sevgi bir-birindən fərqli iki duyğudur.

Qadınla.com sevgilinizin doğru insan olduğunu necə anlayacağınızla bağlı sizə bəzi məsləhətlər verir.

Hər sevən insan kimi, sevdiyiniz adamın yanında bir az axmaqlaya bilərsiniz. Bu, hər kəsin başına gələ bilər. Lakin doğru şəxs bunu əhəmiyyətli hesab etməz və sizdən əsla utanmaz.

Hirsinə nəzarət edə bilirsə...
Təbii ki, bəzən bir-birinizi hirsləndirən davranışlarınız da olacaq. Amma bunun da bir ölçüsü var. Əgər sevgiliniz sizinlə mübahisə edərkən idarədən çıxmırsa, doğru şəxs olduğunu düşünə bilərsiniz.

Eyni fikirdə olmasanız belə, hörmət duyursa...
Hər mövzuda eyni fikirdə olacaqsınız deyə bir qaydayoxdur. Onsuz da belə bir əlaqə də çox darıxdırıcı ola bilər. Lakin bir-birinizə hörmət etməyiniz şərtdir.

Sizin dedi-qodunuzu etmirsə...
Sevgilinizin sizin haqqınızda başqalarına nə dediyi bəlkə də ən əhəmiyyətli məqamlardan biridir. Sizin üçün doğru olan adam heç vaxt dedi-qodunuzu etməməli və haqqınızda pis cümlələr qurmamalıdır.

Zarafat anlayışınız uyğundursa...
Zarafat anlayışınız bir-birinizlə uyğundursa və etdiyiniz zarafatlara gülürsə, doğru insanla birlikdə olduğunuza bir işarədri. Zarafat anlayışınızın uyğun olması beyninizin uyğun çalışdığını göstərir.

Sizdən şikayət etmirsə...
Yoldaşlarınızla birlikdə ikən sizdən şikayət etmək yerinə təriflə bəhs edirsə, doğru insanla qarşı-qarşıyasınız deməkdir.
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 1 519
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri