Həyat mən səndən nə istəyirəm?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 3 524
Səs ver:
(səs: 1)
Həyat mən səndən nə istəyirəm? Mən səndən hamının olmayanı istəyirəm..
Mən səndən hamıda olmayan yalnız mənim olanı istəyirəm.. Yalnız mənim heç kimin olmayanı istəyirəm..

Həyat mən səndən nə istəyirəm? Mən səndən bu həyatda ən yaxşı insan olmağı , bu həyatda heç kimdən asılı olmamağı , heç kimə möhtac olmamağı istəyirəm.. HEç kim heç kəsin əsiri olmamağı istəyirəm...

Həyat mən səndən nə istəyirəm? Bir əlimin o biri əlimə möhtac olmamağını istəyirəm... Sadəcə rahat bir həyatı, rahat bir ölümü istəyirəm...

Bunların heç biri olmasın yalnız onu istəyirəm... Heç vaxt yarımçıq qalan sevgi belə sevgi olmur..Yarım qalan sevgi qız oğlan sevgisi olur.. Amma Mənim sevgim başqa idi.. Mənim sevgim yarım qaldı.. Bu sevgi o sevgidən deyil...

Bu sevgi bəzən gözlərimdən axan yaş bəzənsə bağrıma basdığım bir qara daşdır.... Bu sadəcə mənim sevgimdir...Heç kimin yaşaya bilməyəcəyi, mənim qəlbimdə yaşatdığım sevgisidir...

Həyat mən səndən nə istəyirəm? Mən səndən xoşbəxtlik istəyirəm..Sadəcə xoşbəxt ola biləcəyim bir həyat istəyirəm.. O həyatkı hər gülüşümdə yalanlar yox doğrular olsun...

Həyat mən səndən nə istəyirəm? Mən səndən sadəcə sevgi istəyirəm..Mən səndən hamının məni sevə biləcəyi bir sevgi istəyirəm... Hamını məni ürəyində gəzdirə biləcəyi bir sevgi istəyirəm...

Həyat mən səndən nə istəyirəm? Mən səndən sevib sevilmək istəyirəm..Mən səndən sevən, sevilən olmaq istəyirəm.. Mən səndən sevməyi istəyirəm...

Həyat mən səndən nə istəyirəm? Mən səndən dost istəyirəm..Mənim yanımda olan, məni heç vaxt buraxmayan bir dost istəyirəm. Məni mənim kimi istəyən , mənimlə nəfəs alan bir dost istəyirəm... Mənimlə xəyallar quran bir dost istəyirəm..
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 524
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri