"Kaş ki" deməməyimiz üçün bunları diqqətlə oxuyaq.

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 3 701
Səs ver:
(səs: 0)
Ola bilər ki, bir neçə ildən sonra bu aşağıdakı şeyləri etmədiyimizə görə peşman olaq
Odur ki, 10 ildən sonra "kaş ki" deməməyimiz üçün bunları diqqətlə oxuyaq.


1- İnsan daim ətraf mühitdən öz həqiqi kimliyini gizlədir. Ətraf mühit onu yaxşı qəbul etsin, yaxud fərqli görsənsin deyə özünə aid olmayan maskalar taxır üzərinə. Yəni özü kimi olmur. İllər keçdikdən sonra həmin bu maskanı üzündən çıxardıqda öz həqiqi kimliyini tapa bilmir. Çaşıb qalır və peşman olur.

2 - İnsanlar, adətən başqalarının arzularını öz arzuları kimi qəbul edirlər. Kimsə "ayfon" istəyirsə, bu da istəyir. Kimsə Qəbələyə istirahətə gedirsə, bu da gedir. Ata deyir ki, böyüyəndə qəssab olmalısan, o da belə edir. Lakin illər keçir və görür ki, həyatına başqalarının arzularını salıb gerçəkləşdirmişdir və bir gün belə düşünməyib ki, özü nə istəyir.

3 - Görün insanlar hər gün nə qədər zəhlələri gedən, uyğun gəlmədikləri insanlarla ünsiyyət qururlar? İllər keçir və hədərə verdikləri zamana təəssüf edirlər. Çünki nə həmin adamlar düzəlir, nə də özlərində əvvəlki rahatlıq qalır. Ətrafınızda belə insanlar varsa, sizin seçiminiz və qərarınızdır.

4 - Bəzən insanlar axmaq işlərdə yarışırlar. Məsələn, kim facebookda paylaşıma ilk şərh yazdı. Kim saçını daha çox uzatdı, kim maşını daha sürətli sürdü. Bu həyat deyil. İnsanların qəlbində xoş izlər buraxmaq lazımdır. Bu isə yaxşılıq etməkdir. Yaxşı insan olun ki, həmişə xatirəniz dillərdə qalsın.

5 -Keçmişinizi bilmək istəyirsizsə, indiki durumunuza baxın. Gələcəyinizi bilmək istəyirsinizsə, indi nə işlə məşğul olduğunuza baxın. Zaman gələcək əldən verdiyiniz fürsətlərə və boş keçirtidyiniz zamana təəssüf edəcəksiniz.

6 - Elə hallar olub ki, siz əllərinizi aşağı salmısız, ya da nədənsə əl çəkmisiz və buna peşmansız. Halbuki azacıq mübarizə və cəhd etsəydiz, uğur sizə tərəf gələrdi. İnsan addım atmasa məsafə qət edə bilməz. Odur ki, hərəkətsizlikdən peşman olacaqsız.

7 - Bəzən o qədər xırdaçıl olur ki, insanlar - həyatları zəhərə dönür. Hamı kiməsə haqlı olduğunu sübut etməyə çalışır. Zaman gələcək ki, xırdaçılıqlarla özünüzü və başqalarını məhv etdiyinizə görə peşman olacaqsız. Odur ki, daha böyük şeylərə fikir verin.

8 - İnsan həyat yolunu getmək üçün dözümlü, mətin və ən əsası səbirli olmalıdır. Yıxılırsa yenidən qalxmalıdır. Əgər göz yaşı tökürsə, bəlkə bu göz yaşı onun gözlərini daha da aydınlatmaq üçün onları yumaq naminədir?!

9 - Hər gün "Sabahdan edəcəyəm" deyərək yaşamaq. Nə vaxta qədər bu davam edəcək? Nə vaxta qədər insan "Sabahı gözləyəcək"? Məgər bu gün dünənimizin sabahı və sabahımızın dünəni deyilmi?

10 - Hamı kimi olmamaq qorxusu, yaxud başqaları kimi yaşamaq istəyi... Bəli, kimsənin bizə borcu yoxdur. Özümüz özümüzə kömək etməliyik. Gözləməyin ki, kimsə gəlib sizin əlinizdən tutacaq.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 701
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri