Sehirli qələmlər - 4

Şərhlər: 4
Baxılıb: 1 339
Səs ver:
(səs: 1)
Asan deyil; uğruna hər şeyinizi verdiyiniz insana tanımırmış kimi baxmaq.

A deyən B demək məcburiyyətində deyil. A-nın səhv olduğunu da ifadə edə bilər.

Böyük tullanmağı reallaşdırmaq istəyən, bir neçə addım geriyə getmək məcburiyyətindədir. Bu gün sabaha dünənlə bəslənərək yol alır.

Döyüşən məğlub ola bilər, döyüşməyənsə çoxdan məğlub olmuşdur.

Əvvəl çörək, sonra əxlaq.

Gerçəyi bilməyən yalnız axmaqdır. Lakin gerçəyi bilən və ona yalan deyən, günahkardır.

Hamımız dəli doğuluruq. Amma bəziləri həmişə elə qalır..

Həmişə sınadın, həmişə məğlub oldun. Olsun. Yenə sına, yenə məğlub ol. Daha yaxşı məğlub ol.
Sabah oyananda, ya da oyandığımı sananda bu gün haqqında nə deyəcəyəm?

Yaşamış olmaq onlara bəs eləmir.

Alimin ömrü boyu güc-bəla ilə öyrəndiyini məhəbbət bircə gündə öyrədir.

Alqışı ən səssiz qarşılayan, alqışı layiq olmuş deməkdir.

Analar təpədən dırnağadək sevgi ilə doludur.

Ancaq öz mənliyini qoruya bilənlər həyat mübarizəsində qalib gəlirlər.

Bəzi adamlarda pul toplamaq hərisliyi yaranır və bu hərislik insanı pulun sahibinə deyil, əsirinə çevirir.

:Bir ana üçün uşağının ən sevimli olduğu zaman yatdığı zamandır.

Bir tək düşməni olan, hər yerdə onunla qarşılaşar.

Birinə görə ədalətli olan şey, digərinə görə haqsızlıqdır; birinə görə gözəl olan, digərinə görə çirkindir; birinə görə müdriklik olan, digərinə görə dəlilikdir.

Böyük insanlar dünyanı düşüncələrin idarə etdiyini görənlərdir.

Cinayət və cəza bir budaqda boy atır.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 339
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri