Dəvətsiz qonaq

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 1 266
Səs ver:
(səs: 0)
Maşınım bir neçə dəfə silkələndikdən sonra tamamən stop etmiş və məni heç tanımadığım bir yerdə yarı yolda qoymuşdu.Anidən yağmağa başlayan qar,ön şüşəni tamamilə örtmüşdü.
Bəli bir xəta etdiyimin fərqində idim,nəticədə dağ başında aciz durumda qalmışdim.Soyuqdan ayaqlarımin uyuşdugunu hiss edir və bir birinə dəyən dişlərimin taqqıltisini eşidirdim.
Maşından yerə enərək ətrafıma göz gəzdirdim.Lapa-lapa yağan qar ucbatından gözlərimi güclə açırdım.Buna baxmayaraq irəlidə 3-4 evin yerləşdiyini gördüm.Rahat bir nəfəs aldım və maşının qapısını bağlayaraq ən yaxındaki evə doğru irəliləməyə başladım.Yavaşca döydüyüm qapını açan balaca qızcığaz mənə təəccüblə baxaraq :
-Ata!..deyə bağırdi - Bir dayı gəldi.
Içəridən gələn qalın kişi səsi:
-Buyursun,deyə cavab verdi-Girsin içəri.
Salam verdikdən sonra;
-Uzaqlardan gəlirəm-dedim- Maşınım da...
Sözümü bitirməmiş yataqdaki yaşlı qadın,var gücünü toplayaraq dedi;
-Sənsən -Dedi-Sənsən deyilmi?Bilirdim ki,gələcəksən,çox yaxşı bilirdim.
Təəccüb içində qalmışdim.Adamlardan biri yanıma yaxlaşaraq;
-Səni Almaniyadakı oğluna bənzətmiş olmalı -dedi-Orada bir qadınla evləndikdən sonra,illərdir məktub belə yazmadı.Zavallı qadın,bu son günlərində ancaq onu sayıqlayır.
Dayandığım yerdən yatağa doğru irəlilərkən ixtiyar qadın:
-Bəli bu sənsən,nəhayət gəldin,gələ bildin -dedi.
Yanına gedərək əlini öpdüm.Artıq soluxmuş gözlərindən yaşlar süzülürdü.Titrəyən əllərini üzümdə gəzdirərkən:
-Bəli,mənəm.Gəlmişəm - dedim.
O evdə qaldığım 2 gün boyunca ona Almaniyadakı xəyali ışimdən,gəlinindən və nəvələrindən bəhs etdim.
Yaşlı qadın 3-cü günü dünyasıni dəyişdi.Onu kəndin qəbristanliginda dəfn etdik.
Məzarliqdan ayrılarkən,1000 kilometr uzaqlıqda,bu dağ başına nəyə görə gəlib çıxdığımin səbəbini artıq bilirdim.

Cüneyd Suavari (Hayatın içindən)
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 266
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri