İlk baxışdan faydasız görünən faydalı məsləhətlər

Müəllif: YalniZ-ArZu
Şərhlər: 8
Baxılıb: 2 617
Səs ver:
(səs: 0)
Bu yaxınlarda Reddit forumunun istifadəçiləri maraqlı bir sorğuda iştirak etdi. Beləliklə, ilk baxışdan qəribə görünən ancaq sınaq zamanı özünü doğruldan bir neçə məsləhət ortaya çıxdı.

Gərgin iş gününün gedişatında corablarınızı dəyişsəniz, əhvalınız da dəyişəcək. Təmiz bir cüt corab sizi anında gümrahlaşdıracaq. İnanmırsınız? Sınayın.

Hər hansı sözü unutduğunuz zamanı əlifbanı səsləndirməyə başlayın. Həmin sözün başladığı hərfə çatdığınız zaman sözü xatırlayacaqsınız.

Tənbəlliyi və pis əhval-ruhiyyəni dəf etmək üçün duş qəbul edin. Enerji axınını hiss edəcəksiniz.

Soyuqdəymədən əziyyət çəkdiyiniz zaman Coca-colaya zəncəfil əlavə edib, için. Bu üsul Çində çox məşhurdur. Burnunuz tutulubsa, açılacaq. Boğazınız ağrayırsa, keçəcək.

Duzu meyvələrin üzərinə töksəniz meyvələr daha şirin olacaq. Duzu qəhvənin üzərinə töksəniz isə qəhvənin acılığı yox olacaq.

Əlinizə hopmuş sarımsaq qoxusunu yox etmək üçün əlinizi paslanmayan polad qaşığa sürtün.

Dərman qəbul etməzdən öncə su için, daha sonra dərmanı qəbul edin və yenidən su için. Beləliklə, dərman asanlıqla mədənizə düşəcək, ağız boşluğunda ilişməyəcək.

Asqıracağınızı hiss edirsiniz, ancaq asqırmaq istəmirsiniz? Burun körpüsünü barmaqlarınızla sıxın.

Hıçqırığı dayandırmaq üçün 1 kub qəndi udun.

Yuxudan tez oyanmaq üçün nəfəsinizi tutun. Yuxunuz elə bir qaçacaq ki.

Ayağınız keyləşdiyi zaman başınızı yelləyin. Keçəcək.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 617
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri