Daha dadlı salat hazırlamaq üçün PRAKTIK MƏSLƏHƏTLƏR

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 2 149
Səs ver:
(səs: 0)
* Hazırladığınız salatları ancaq emallı, şüşə və ya keramik qablarda saxlayın.

* Salat hazırlıqından sonra ona əlavə etdiyiniz bir neçə damcı limon suyu, salatda daha çox C vitamini qalmasını təmin edər.

* Əgər hazırlayacağıniz salat bitki yağı tərkiblidirsə, onda bitki yağını düz və ıstiot vurduqdan sonra salata əlavə edin.

* Cücərmiş və ya yaşıllaşmış kartoflari qaynatmaq üçün, mütləq qabıqlarını saymaq lazımdır.

* Kartofun tez pörtlənməyini istəyirsinizsə, suya bir qədər marqarin əlavə edin.

* Pörtlətdiyiniz kartofda göy ləkələrin olmaması üçün, suya bir qədər uksus əlavə etməniz məsləhətdir.

* Bişmiş kələmin xoşagəlməz iyinin ətrafa yayılmaması üçün, suya bir dilim ağ çörək qoya bilərsiz.

* Kökün yaşıllaşmış başlığı ona acı dad verir, odur ki o hissəni kəsməniz məsləhətdi.

* Çuğunduru bişirməzdən əvvəl onun kökünü tam olaraq kəsməyin, bu zaman çuğundurun bütün şirəsi çıxacaq və o ağaracaq.

* Vineqret üçün çuğunduru, digər tərəvəzlərdən ayrı yağlayın ki, onun rəngi o biri ingredientlərə qarışmasın.

* Bişmiş əti, bulyonda saxlamayın. Quru vəziyyətdə daha yaxşı qalacaq.

* Saxlamaq üçün əti soyuducuya qoymazdan əvvəl yumayın, onda ət tez xarab olar.

* Ciyərdən nazik pərdə qatını asanlıqla soymaq üçün, barmaqlarınızı duza batırın.

* Təmizlənmiş göbələk qaralmasın deyə, onları azca duzlanmış soyuq suya qoymanız məsləhətdi.

* Kəskin ətirli ədviyyatlar, şampinyon göbələyinin dadını korlayır.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 149
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri