Oturanda ayaqları bir-birinin üstünə aşıranların nəzərinə!

Müəllif: Onun_Mələyi
Şərhlər: 7
Baxılıb: 2 113
Səs ver:
(səs: 0)
Ən çox istifadə edilən oturma formalarından biri də ayaqları bir-birininüstünə aşırmaqdır.
Bəs görəsən bu cür oturmağın zərəri varmı?

Mütəxəssislər bəzi risklər olduğunu diqqətə çəkiblər.Demə, ayaqları bir-birinin üstünə aşırdıqda təzyiq qalxır, normal formada oturduqda isə təzyiq əvvəlki halına dönür. Ən çox artım isə yüksək təzyiq müalicəsi alan insanlarda müşahidə edilir.

Mütəxəssislər buna dair iki şərhi qarşıya-qarşıya qoyurlar.
Birincisi, bir dizi digərinin üzərinə atanda qıçlardakı qan sinə bölgəsinə yönələrək ürəkdən daha çox qan nasoslanmasına səbəb olacaq. Bu isə təzyiqin yüksəlməsinə səbəb olur. İkincisi isə, oynaqları hərəkət etdirmədən qıç əzələlərinin hərəkət etməsi damarlardan keçən qanın damar üzərindəki təzyiqinin artırmasına səbəb olur.

Qısası, ayaqları bir-birinin üzərinə atdıqda daha çox qan ürəyə getdiyi üçün təzyiq yüksəlir.Düzdür, bu artım müvəqqəti olur. Lakin qan laxtalanması riski olanlara uzun müddət bu cür oturmaq məsləhət deyil.Qan damarlarındakı kiçik qapaqcıqlar qanın yanlış istiqamətə axmasının qarşısını alır. Bunlar zəifləyib gərildiyində qan yığılması və damar genişləməsi nəticəsində yaranan problemlər ortaya çıxır. Təbii ki, bu problemin ortaya çıxmasında yeganə faktor ayaqları bir-birinin üstünə aşırmaq deyil.

Çox zaman genetik faktorların da təsiri var.Araşdırma sübut edib ki, bu formada üç saatdan çox oturanların önə əyilib çiyinlərini irəliyə doğru bükmə meyli daha çoxdur.Qısacası, bu cür oturmaq sizə rahatdırsa oturun, ancaq uzun müddət olmamaq şərti ilə.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 113
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri