Öd daşı nə zaman yaranır? – Həkimdən məsləhətlər

Müəllif: Onun_Mələyi
Şərhlər: 5
Baxılıb: 1 692
Səs ver:
(səs: 0)
Son zamanlar yanlış qidalanma, ərzaq məhsullarının keyfiyyətinin aşağı olması öd xəstəliklərinin sayının artmasına səbəb olub.
Qadınla.Com bildirir ki, hər dəfə qidalanma zamanı öd kisəsi yığılaraq möhtəviyyatını onikibarmaq bağırsağa ifraz edir və nəticədə yağların həzmi baş verir.
Öd kisəsi, öd yolları və sfinkteri əzələlərinin normal yığılması və tonusu pozulanda öd durğunluğu yaranır.

Bəs öd durğunluğunun yaranma səbəbləri nədir?
- Balanslaşdırılmamış qidalanma
- qida rejiminin pozulması, uzun müddət ac qalma və qidaların keyfiyyətsizliyi;
- Hipodinamiya
- az hərəkətli həyat tərzi, oturaq iş rejimi;
- Bağırsaq peristaltikasının pozulması, xüsusilə qəbizlik;
- Hamiləlik
- dölün öd kisəsini sıxması;
- Metabolik xəstəliklər
- piylənmə, şəkərli diabet və ateroskleroz;
- Öd axımının qarşısını alan mexaniki maneələr
- öd daşı və ya opistorxoz.

Qastroenteroloq-terapevt Mətanət Cəfərova öd xəstəliklərindən qorunmağın qızıl qaydalarından bəhs edib. Onun sözlərinə görə, burada əsas məsələ az-az, tez-tez yeməkdir:
"Ödə diqqət yetirilməyəndə bir sıra xəstəliklər eləcə də çöküntü, daha sonra isə öd daşları yaranır. Bunun üçün hər qidalanma zamanı yeməyin miqdarı az olmalıdır. Hər 3-4 saatdan bir qida qəbul etmək lazımdır.

Bu necə baş verir?
Əsas 3 dəfə yemək lazımdır - səhər, gunorta, axşam. 2 dəfə ara yemək qəbul edilməlidir.Ara yemək deyəndə yüngül qidalarnəzərdə tutulur. Bu, meyvə, yoqurt, qatıq ola bilər.

M. Cəfərova qida qəbulundan dərhal sonra çay içməyin də yanlışaddım olduğunu qeyd edib:
"Yeməkdən 2 saat sonraya qədər çay içilməməlidir. Çünki qidadan sonra qəbul edilən çay öd durğunluğunu yaradan əsas amillərdən biridir.Qida qəbulları arasında fasilələr nə qədər uzun olarsa, bir o qədər öd durğunluğu formalaşır. Bununla da çöküntü, öd daşı yarana bilər.Çöküntü nəzarətdə saxlanılmazsa, öd daşına çevrilə bilər.Biz xəstələrə öd durğunluğunu, çöküntünü aradan qaldıran dərmanlar təyin edirik",
- deyə Cəfərova vurğulayıb.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 692
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri