İçməklə kifayətlənməyin - Qəhvə haqda 10 inanılmaz məsləhət

Müəllif: Onun_Mələyi
Şərhlər: 6
Baxılıb: 1 258
Səs ver:
(səs: 0)
Qadınla.com qəhvə haqda bilmədiyiniz bəzi faydalı məsləhətləri təqdim edir:

1. Saça qulluq
- Dəmlənmiş qəhvəni saçınızın dibindən ucuna kimi sürtün, 20 dəqiqə sonra yaxalayın. Həftədə bir dəfə edə bilərsiniz. Bu, həm saç tökülməninqarşısını alacaq, həm də saçlarınıza parlaqlıq verəcək.

2. Bitkilərə qulluq
- tərkibində azot olduğu üçün gübrə kimi istifadə olunur.

3. Dekorasiya
-həm iyi, həm görünüşü gözəl olduğu üçün dekorasiya kimi istifadə oluna bilər. Bu isə zövqdən asılıdır.

4. Mebel təmizliyi
- qəhvəni içdikdən sonra dibini atmayın. Əsgini həmin qəhvəyə batırıb mebeli sürtün. Bu zaman həm mebel parlayacaq, həm də ev ətirli olacaq.

5. Evdə təravət
- qəhvəni parçayabükün və vazaya qoyun. Evinizdə təravətli hava olacaq.

6. Pilinq
- qəhvə ölmüş hüceyrələri oyadır. Bunun üçün üyüdülmüş qəhvə ilə zeytun yağını qarışdırın və bədəninizin istənilən bölgəsinə çəkin, 15 dəqiqə sonra yuyun.

7. Birə qovucu
- qəhvənin iyi birələrdən qurtulmağa kömək edir. Dəmlənmiş və ya üyüdülmüş qəhvəni saxladığınız ev heyvənınıntükləri arasına sürtün. Bu zaman həm onun bədənində birə olmaz, həm də daim xoş iy gələr.

8. Soyuducu qoxusu
- Bəzən nə etsək də, soyuducudan xoşagəlməz iy gəlir. Bu zaman da köməyə qəhvə gəlir. Balaca bir qabda üyüdülmüş qəhvəni soyuducuda saxlayın və nəticəni görün.

9. Üz üçün maska
- dəmlənmiş qəhvə ilə qabartma tozu qarışdırıb üzünüzə çəkin, 15 dəqiqə sonra yuyun. Bu həm dərinizi sağlam edər, həm qırışlarla mübarizə aparar.

10. Əldə olan iyi
- Bəzən soğan və ya sarımsaqdan sonra əldən iy gəlir. Bundan qurtulmaq üçün dəmlənmiş, üyüdülmüş qəhvəni əlinizə yaxşı-yaxşı sürtün və yuyun.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 258
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri