Göbələkdən xilas olmaq üçün UCUZ BAŞA GƏLƏN CÖVHƏRLƏR - Resept

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 1 636
Səs ver:
(səs: 0)
Göbələk özünü qızarıqlıq, soyulma, qaşıntı ilə biruzə verən yoluxucu xəstəlikdir. Müalicəsində əsasən dərmanlardan və kremlərdən də istifadə edilir.

Qadinla.com xəbər verir ki, bu dərman və kremlər isə bəzən göbələkdən əziyyət çəkən şəxsin büdcəsinə uyğun olmur.

Lakin bəzi qəpik-quruşa başa gələn alternativ üsullarla da problemi aradan qaldırmaq mümkündür.
Onlardan biri sarımsaq, digəri ilə alma sirkəsi cövhəridir.

Bunun üçün:

7-8 diş sarımsaq bir az duz əlavə edilərək əzilir. Şüşə bankaya qoyulur. Daha sonra üzərinə çox az miqdarda spirt əlavə edilir. Bu qarışım 3-4 saat gözlədilir. Daha sonra çalxalanır və bir bankaya süzülür. Qarışımdan pambıq vasitəsilə göbələkli nahiyəyə çəkilir. Üstü pambıqla örtülü şəkildə 3 saata qədər saxlanılmalıdır. Daha sonra pambıqlar götürülməli, ayaq sabunlu su ilə yuyulub təmizlənməlidir və yaxşıca qurulanmalıdır. Bu proseduru 15 gün ərzində etmək lazımdır. Gecələr etmək daha çox effekt verir.

Digər alternativ üsul isə alma sirkəsidir. Yarım litr alma sirkəsini bir litr isti su ilə qarışdıraraq ayaqlarınızı 45 dəqiqə ərzində gözlədin. Bu üsulu həftədə iki dəfə tətbiq edin.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 636
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri