Gün yandırma

Müəllif: Barbaris
Şərhlər: 5
Baxılıb: 1 432
Səs ver:
(səs: 0)
Hamı yayın gəlməsini həsrətlə gözləyir. Yaşları az olanlar tətilə çıxmaq üçün, böyüklər istirahətə getmək üçün və s. Bəzi adamlar da vardır ki, onlar yayın gəlişini səbirsizliklə gözləyir, dəniz kənarında isti qumun üzərində, ağ dərilərini qaraltmaq istəyirlər. Dərinin qaralması yanlız kosmetik baxımdan deyil, sağlamlıq baxımındanda orqanizmə faydalıdır. Amma günəş şüaları qəbul edən hər bir kəs, onun dəriyə verdiyi zərərləri də nəzərə almalıdır. Normadan artıq gün şüası qəbul etmək dəridə yanıqların əmələ gəlməsinə səbəb olur. Yanıqlar adətən günorta vaxtı düz düşən gün şüaları altında uzun müddət dayanan adamların dərisində baş verir.
Qadınla.com bildirir ki, gün şüaları qəbul edən adam bu prosesə diqqətlə yanaşmalıdır. Dəridə keyişmə, qaşınma, yanma hiss edilən kimi günün altından kənarlaşmalıdır.

Əks tədqirdə dəridə yanıqlar əmələ gələ bilər. Dəridə yanıqların əmələ gəlməməsi üçün gün vannası qəbul edən şəxslər aşağıdakı qaydalara əməl eləməlidirlər:
1. Gün vannasını qəbul etməyə 20 dəqiqədən başlayaraq tədricən artırmalıdırlar.
2. Düz düşən gün şüalarının altında dayanmamalıdırlar.
3. Gün vannası qəbul edərkən vaxtı düzgün seçməlidirlər. Ən yaxşı vaxt 16.00-dan sonra sayılır.
4. Həssas dərisi olan adamlar xüsusi günəş kremlərindən istifadə etməlidirlər.
Günün tam qızmar vaxtında gün vannası qəbul etmək olmaz. Ölkəmizin yerləşdiyi iqlim qurşağı bizə günəşdən faydalanmaq fürsəti verib. Bundan zərərsiz istifadə etmək lazımdır.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 432
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri