Ev əşyaları alarkən diqqət edilməsi lazım olan 11 detal

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 2 822
Səs ver:
(səs: 1)
Ev əşyası alarkən bəzi detallara diqqət yetirməniz aldığınız əşyaları uzun illər istifadə etməniz baxımından vacibdir. Ağ əşyalar ev içərisində ən çox istifadə etdiyimiz əşyalar arasında yer alır. Bu səbəblə soyuducu, paltaryuyan maşın, qabyuyan maşın və soba kimi evin ehtiyacı olan ağ əşyaları alarkən funksiyaları və proqram variantları qədər keyfiyyətinə və istifadə asanlığına, xərclədiyi elektrikə, əşyanın ehtiyacları ən üst səviyyədə qarşılaya biləcəyinə diqqət etmək lazımdır.

Evinizə ağ əşya alarkən diqqət yetirməniz lazım olan 11 detal.

1.Alacağınız ağ əşyanın evinizdə qoyacağınız yerə sığıb - sığmayacağından əmin olun.
2.Büdcənizi qoruya bilmək adına alacağınız ağ əşyaların nə qədər elektrik xərclədiyini bilməkdə də fayda var. Istehlak etdiyi enerji siniflərinə baxmağı laqeyd yanaşmayın. A qrupu bu siniflər içərisində ən sərfəlisidir.
3.Qabyuyan alarkən diqqət edilməsi lazım olan ən əhəmiyyətli nöqtə maşının baxacağınız yuma proqramları, neçə proqram olduğu və bu proqramların dərəcələri. Əgər yalnız bir neçə proqramlı maşın sizin üçün kafi olacaqsa çox daha çox proqramı olan maşınlara daha çox pul vermənizə ehtiyac yoxdur.
4.Qabyuyan maşının içindəki səbətin istifadə şəklinə, rahat olub olmadığına diqqət edilməli. Beləliklə qablarınızı çox daha rahat yerləşdirə bilərsiniz. Alt səbətdə çəngəl-qaşıq səbətinin yeri dəyişdirilərək qabyuyan maşın içərisində daha çox yer açıla bilirmi mütləq baxın.
5.Soyuducu alarkən daxili rəflərinin yerlərinin dəyişdirilə bilər olmasına diqqət edərək soyuducu seçimi etsəniz lazımlı bir ehtiyac vəziyyətində rəflər yeri dəyişə bilərsiniz.
6.Qazanlar böyüklükləri səbəbiylə soyuducu içində yerləşdirmək üçün yer axtararkən çətinlik yaşanan əşyalardır. Qazanlarınızı asanca qoymanızı təmin etmək istəyirsinizsə alt səbətdə yatar telləri olan bir soyuducu almaq sizin üçün daha rahat olacaq.
7.Soyuducunun qapağının açılış istiqamətinin dəyişdirilə bilər olması irəlidə bir ev dəyişikliyi edilməsi söz mövzusu olduğunda mətbəxdəki məskunlaşma yerinin vəziyyətinə bağlı olaraq qapağının istiqamətinin dəyişdirilməsi ehtiyacını doğura bilər.
8.Soyuducunun həm alt qisimin həm dondurucu qisminin nə qədər əşya və yemək ala bildiyinə, tutumuna baxmalısınız. Şkafın ölçüsü evdə yaşayan insan sayına bağlı qalaraq edilsə soyuducu yerləşdirmədə çətinlik yaşamazsınız.
9.Şkafın nə qədər müddət saxlama xüsusiyyəti olduğunun araşdırılmasında fayda var çünki bir qəza söz mövzusu olduğunda ya da uzun elektrik kəsintilərində şkafın nə qədər müddətlə içindəkiləri qoruya biləcəyi yeməklərin pozulmaması baxımından əhəmiyyətli bir ünsürdür.
10.Paltar maşınlarında diqqət ediləcək ən əhəmiyyətli detallar çalışma proqramlarının və maşının nə qədər rahat olduğu, qısa müddət və ön yuma proqramlarının olması, maşının kilo tutumu və sıxma sürətidir. Analoq ya da rəqəmsal xüsusiyyətdə cihazlardan hansını daha rahat istifadə edə biləcəksiniz onu seçim edə bilərsiniz.
11.Qaz və peç alarkən diqqət edilməsi lazım olan ən prioritetli ünsür peçin və ocağın asan təmizlənə bilər olmasıdır. Məlum mətbəxdə ən çox istifadə edilən əşyalardan biri qazdır bu səbəblə çox daha tez təmizlənməsi lazımdır.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 822
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri