Narahat ayaqqabı ayaqda problem yaradır

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 596
Səs ver:
(səs: 0)
Narahat ayaqqabı geyinmək ayaqda problemlər yaradır. Hər fəslin özünə uyğun ayaqqabısı var. Seçim zamanı rahatlıq və estetik görünüşə üstünlük verənlər də olur. Düzgün ayaqqabı seçimi səhhətin qorunmasında əhəmiyyətli rol oynayır.

Rahat ayaq ilk növbədə altı düz və ya ortopedik ayaqqabı geyərkən olur. Bəzi xəstəlik və problemlərin səbəbi məhz düzgün seçilməyən ayaqqabıdır.

Qadinla.com bildirir ki, bu barədə məlumat verən Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova deyib: "Keyfiyyətsiz ayaqqabı geyinən zaman ayaq tərləyir və göbələk xəstəliyinin yaranmasına səbəb olur. Bundan başqa keyfiyyətsiz ayaqqabıların yaratdığı fəsadlardan biri təmas zamanı onların tərkibində olan kimyəvi maddələrin dəriyə keçməsi nəticəsində dəridə dermatit xəstəliyinin əmələ gəlməsidir. Narahat ayaqqabı həm də ayaqda döyənəklər əmələ gətirir".

Müasir dövrdə bəziləri şişburun ayaqqabılara daha çox üstünlük verir. Barmaq uclarının əzilib-büzülməsinə baxmayaraq, gözəl görünüş üçün bəzən onları seçən xanımlar da olur.

Bunu nəzərə alan həkim-dermatoloq deyib: "Ayaqqabıları çıxarandan sonra ilıq su ilə dolu ləyənin içinə bir neçə xörək qaşığı duz tökülür. Ayaqları 20 dəqiqə həmin suyun içində saxlamaq damarlarda qan dövranını yaxşılaşdırır. Şişkinliyi aradan qaldırmaq üçün dabanların altında tennis topunu bir neçə dəqiqə yuvarlamaq masaj sayılır və rahatlayıcı təsir göstərir".
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 596
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri