Yaş salfetlərdəki BÖYÜK TƏHLÜKƏ – Dəri xəstəliklərinə səbəb olur

Şərhlər: 6
Baxılıb: 1 387
Səs ver:
(səs: 0)
Təmiz və gigiyenik olduğunu zənn etdiyimiz yaş salfetlərin əslində göründüyü kimi  faydalı olmadığı aşkarlanıb.  Amerikalı pediatr-dermotoloq Mary Wu Çanq  yaş salfetlərin yaydığı təhlükəni araşdırmağa başlayıb. Həkim öz uşağının və bir çox körpənin üzləşdiyi problemin kökündə dayanan problemin eyni olduğunu ortaya çıxarıb.

Yaş salfetlərin tərkibindəki spirt və ətrin bir sıra dəri xəstəliklərinə, o cümlədən də allergiyaya səbəb ola biləcəyi  dəfələrlə təsdiqlənib. Sözügedən salfetlərin tərkibində allergik "methylisothiazolinone” maddəsinin olduğunu təsdiqləyib.

Dermatoloq  yaş salfet alarkən mütləq tərkbinin oxunmasının zəruri olduğunu deyib. Əgər aldığınız məhsulda bəhs olunan maddənin olduğu xəbərdarlığı yazılıbsa, həmin vasitəni almayın.

Elmi araşdırmalar göstərib ki, yaş salfetlərdə olan kimyəvi maddələr ciddi allergik xəstəliklərə gətirib çıxardır.

Bu problemlərin başında isə dermatit və ekzema durur.

Alimlərin araşdırmasına görə, islaq salfetlərdə olan dermatit və ekzema kimi problemlərin kökündə kimyəvi metil dayanır.

Araşdırmaçılar bu kimyəvi maddənin getdikcə artan allergik xəstəliklərin yayılmasına gətirib çıxardığını deyir.

Yaş salfetlərin tərkibində aromatik maddələr olduğunu deyən pediatrlar həmin aromatik maddələrin özünün də süni ətirlərdən ibarət olduğunu diqqətə çatdırıb. Həmin süni ətirlər öz növbəsində insan orqanizminə ziyansız deyil. Ümumilikdə isə nəm salfetlərdən çox istifadə zamanı insanlarda astma xəstəliyinin əmələ gəlmə riski yüksək olur.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 387
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri